Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Qaçqınkom”un qarşısında özünü yandıran köçkünlə bağlı rəsmi açıqlama…

“Qaçqınkom”un qarşısında özünü yandıran köçkünlə bağlı rəsmi açıqlama…

İyulun 27-də saat 17 radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektorunun inzibati binasının qarşısında Ağdam rayonundan olan məcburi köçkün, 1961-ci il təvəllüdlü Nəsibov Sahib İsmayıl oğlunun üstünə benzin tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə bağlı xəstəxanaya yerləşdirilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bakı şəhər Prokurorluğundan musavat.com-a verilən məlumata görə, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
S.Nəsibovun səhhəti normaldır və yaxın günlərdə evə buraxılması nəzərdə tutulur.
Hazırda iş üzrə cinayətin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın