Ana səhifə / Aktual / “Qaçqınkom”un evlərini satan şəxslərin məhkəməsi: “4 ildir, qalmışam yollarda..”

“Qaçqınkom”un evlərini satan şəxslərin məhkəməsi: “4 ildir, qalmışam yollarda..”

Bakıda qaçqın və məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam edib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilib.
Məhkəmə zərərçəkmişlərin ifadə verməsi ilə davam edib. Prosesdə zərərçəkmiş kimi ilk olaraq Zaur Məmmədov ifadə verib. Z.Məmmədov söyləyib ki, ev almaq üçün 8 min pul verib, amma iş alınmayıb: \”Aldığı puldan da heç nə qaytarmayıb\”.
Təqsirləndirilən Rabil Rəhimov zərərçəkmişdən pul aldığını təsdiqləyib.
Zərərçəkmiş Zülfiyyə Hüseynova da məhkəmə prosesində iştirak edib. O, bildirib ki, Masazırda ev almaq üçün yaşadıqları mənzillərini satıblar: \”Evimizi satdıq ki, bunlar deyən yerdən mənzil alaq. Şahidlərim var. Telefon danışıqları var. 4 ildir qalmışam yollarda. 7 min dollar vermişəm. 5 minini qaytarıb. 2 min dollarını da tələb edirəm\”.
Məhkəmədə şahid qismində isə Raqub Yusubov ifadə verib. O, təqsirləndirilərək həbs edilən Şəfayət İsmayılovun kürəkəni olduğunu deyib. R.Yusubov qayınatasının əməllərindən xəbərsiz olduğunu söyləyib.
İttihama görə, təqsirləndirilən şəxslər Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5400, Etibar Əliyevin 4000, Tehran Məmmədovun 6000, Bəxtiyar Əzizovun 4000, Nazilə Ağayevanın 2000, Səyyarə Çələbiyevanın 6000, Sevil Emilovanın 7000, Səməd Əbilovun 3500 , Kəmalə Quliyevanın 16000, Ləman Əliyevanın 15000, Şahin Abdullayevin 8030, Rafiq Cəfərovun 13600, Cabir Məmmədovun 8000 və Ceyhun Qurbanovun isə 45000 manatını ələ keçiriblər.
Məhkəmədə hər iki şəxs özünü təqsirli bilib. Amma bəzi epizodlar üzrə rəqəmlərin düzgün olmadığını, zərərçəkmişlərdən ittihamda göstərilən qədər pul almadıqlarını söyləyiblər.
Qeyd edək ki, zərərçəkmişlərin dediyinə görə, özünü “hacı” kimi təqdim edən R.Rəhimov həm də bahalı maşınlarda gəzirmiş. Onların Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departametinin direktoru Akif Mirzəyevlə yaxın əlaqələrinin olduğu bildirilir.
Qeyd edək ki hər iki şəxs Cianyət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinirlər.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın