Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / “Qaçqınkom” Aparatı rəhbərinin müavini işdən çıxarıldı

“Qaçqınkom” Aparatı rəhbərinin müavini işdən çıxarıldı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”) kadr dəyişiklikləri olub.

“Report” xəbər verir ki, Dövlət Komitəsi Aparatı rəhbərinin müavini Rafiq Şamıyev işdən çıxarılıb.

Bununla bağlı əmri Dövlət Komitəsinin sədri Rövşən Rzayev imzalayıb.

Digər əmrlə Elman Quliyev “Qaçqınkom” Aparatı rəhbərinin müavini təyin edilib. O, bu təyinata qədər Dövlət Komitəsinin Regional idarəetmə, sosial təminat və humanitar yardım şöbəsinin Humanitar yardım sektorunun müdiri işləyib.

Bundan başqa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Nəzarət və təftiş şöbəsi yaradılıb. Müvafiq əmrlə Namiq İbrahimov həmin şöbənin müdiri təyin edilib.

 

Həmçinin oxuyun

Təbriz Musayev: “Belə fikirləri ortaya atanlar təxribatla məşğuldur”

Sosial şəbəkədə Mirfaiq Mirheydərli adlı şəxs yazır ki, PKK ilə işləmək üçün kürd əsilli vətəndaşlarımızın …