Qaçqın oliqarx intihar edib, yoxsa onu öldürüblər? -Boris Berezovskinin böyük qızı açıqlama verib

Rusiyalı oliqarx Boris Berezovskinin böyük qızı onun atasının ölümünü araşdıran kriminalistlərin apardığı ekspertizanın yeni nəticələri barədə danışıb. Alman mütəxəssis Bernd Brinkmann iş adamının intihar etməsi versiyasını rədd edir.

Virtualaz.org xəbər verir ki, “Qordon” nəşrinə müsahibəsində Yelizaveta Berezovskaya etiraf edib ki, əvvəlcə o, ingilis kriminalistlərə etimadla yanaşıb. Onlar yarım il ərzində oliqarxın ölüm faktını araşdırıblar və belə nəticəyə gəliblər ki, Berezovski özünə qəsd edib.

Yelizaveta Berezovskaya

Rəfiqələrindən biri ona daha bir ekspertiza keçirməyi təklif edib. Bundan sonra qadın məşhur alman məhkəmə-tibb eksperti Bernd Brinkmana müraciət edib. Həmin kriminalist vatikanlı bankir Roberto Kalvenin ölümünün əsl səbəbini ölüm faktından 15 il sonra açıqlaya bilmişdi.

Yelizaveta Almaniyaya uçub və əlində olan bütün sənədləri ekspertə verib. Az keçmiş ekspert qadına zəng edərək, təcili geri qayıtmasını xahiş edib.

“Burada hadisənin intihar olmasını göstərə biləcək heç bir şey yoxdur. Təcili gəl!” – qadın Brinkmanla söhbətini xatırlayır.

Bunsan sonra məhkəmə-tibb eksperti ingiltərəli xəfiyyə ilə görüşərək gəldiyi nəticələr barədə danışıb. Eyni zamanda, oliqarxın ölümünün təfərrüatlarının dəqiq müəyyənlişdilrilməsinin qeyri-mümkünlüyü haqqında qərar çıxarmış məhkəmədə çıxış edib.

Berezovskaya deyir ki, oliqarxın mühafizəçisinin davranışı ilə bağlı məlumat alandan sonra onda atasının intiharı ilə əlaqədar şübhələr yaranıb. Həmin gün peşəkar “Mossad” əməkdaşı Avi qəflətən şəhərə qəhvə içməyə yollanıb. Öz yerinə isə heç bir mühafizəçini təyin etməyib və videokameraları işə salmayıb. Qayıtdıqdan sonra o, hamam otağının qapısının bağlı olduğunu görüb. Qapını sındırmayıb, bunun əvəzinə Berezovskinin köməkçisinə zəng edib.

Boris Berezovskinin qəbri

Məşhur iş adamı Boris Berezovski 2001-ci ildə Böyük Britaniyaya mühacirət edib. Həyatının sonuna yaxın o, faktiki olaraq müflisləşmişdi və qorxunc psixoloji vəziyyətdə idi. Sahibkarın cəsədi 2013-cü ildə yaşadığı evin hamam otağında aşkarlanıb.

Oliqarxın ölümünün dəqiq səbəbləri məlum deyil. Onun meyitinin yanında şarf tapılsa da, zorakılıq əlamətləri müəyyən edilməyib. Ölümündən sonra məlum olub ki, Berezovski varislərinə 3 milyard 275 milyon rubl həcmində borc miras qoyub.

Zdrave universal kremi zdrave forte