Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / QABİL HÜSEYNLİNİN OĞLUNDAN NÖVBƏTİ MÖHTƏŞƏM QƏLƏBƏ

QABİL HÜSEYNLİNİN OĞLUNDAN NÖVBƏTİ MÖHTƏŞƏM QƏLƏBƏ

Azinforum.az xəbər verir ki, Azərbaycan Prezidentinin fəxri təqaüdçüsü, bir çox beynəlxalq müsabiqələrin qalibi, Almaniyanın nüfuzlu Köln kanservatoriyasının fortepiano bölməsinin tələbəsi Toğrul Hüseynli növbəti uğura imza atıb. O, 20-27 noyabr tarixində İspaniyada müsiqiçilər arasında  keçirilən “XXIX Concurso İnternacional de Piano Cidade de Ferrol” adlı nüfuzlu müsabiqənin qaliblərindən olub.

Artıq 29-cu dəfədir ki, İspaniyanın Ferrol şəhərində keçirilən bu müsabiqədə dünyanın müxtəlif ölkələrini təmsil edən ən istedadlı müsiqiçilər iştirak edir. Builki müsabiqədə 19 pianist yarışıb və yarışmanın əvvəlkilərdən fərqli cəhəti ondan ibarət olub ki,  istəyənlər  bütün ifaları Youtube vasitəsi ilə canlı  izləyə bilib. Ölkəmizi təmsil edən Toğrul Hüseynlinin qeyri-adi  ifa tərzi və professionallığı onu digər iştirakçılardan ciddi fərqləndirib. Onun ən ciddi rəqiblərindən biri 28 yaşlı  rus pianoçusu Andrey Quqin olub.

Ancaq Toğrulun virtuoz ifası tamaşaçılara o qədər həzz verib ki, onlar həmyerlimizi ayaq üstə alqışlayaraq , “Bravo”  sədalarını qışqırıblar. Toğrul Hüseynlinin qələbəsi barədə dünyanın ən nüfuzlu KİV-ləri məlumat verib.  Hətta münsiflər Toğrulun ifasından o qədər razı qalıblar ki, onu gələnilki müsabiqənin açılışında ifa üçün dəvət ediblər. Qeyd edək ki, müsabiqənin tarixində indiyə kimi belə bir hadisə olmayıb.

Toğrul Hüseynli Azinforum.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycanın adını ucaltdığı üçün özünü xoşbəxt hiss edir: ” Mən,  xüsusi olaraq Təhsil Nazirliyinə, Bakı Müsiqi Akademiyasının rektoru,  xalq artisti Fərhad Bədəlbəyliyə  və həmin Akademiyanın prorektoru Oqtay Abasquliyevə  istedadlı gənclərə göstərdikləri diqqətə görə  dərin minnətdarlığı bildirirəm. Bu mənim növbəti qələbəmdir. Söz verirəm ki, bundan sonra da, Azərbaycanı layiqli şəkildə təmsil edəcəm, Dövlətimizin adını daima ucaldacam”.

Azinforum.az bildirir ki, istedadlı pianoçu sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynlinin oğludur.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …

Bir cavab yazın