Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Qəzadan sonra Nazimin maşını – “Xərcləri ödəyəcəm” + Fotolar

Qəzadan sonra Nazimin maşını – “Xərcləri ödəyəcəm” + Fotolar

“Bir həftə bundan qabaq yağışlı havada evə gəlirdim. Vaxtında əyləci basa bilmədim, gedib maşına vurdum. O da başqası ilə toqquşdu, digəri də o biri maşınla… Zəncirvari qəza oldu”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Nazim Pişyarı (Faytonçu) törətdiyi qəzanı şərh edərkən deyib. O, qəza zamanı 4 maşının zərər gördüyünü bildirib:

“Həm öz maşınıma, həm də digərlərinə ziyan dəydi. Hamısını təmir etdirirəm. Maşınım icbari sığorta olunduğuna görə bunun üçün cəmi 5 min manat ödənəcək. Qalan bütün xərcləri özüm qarşılayıram. Şükürlər olsun ki, salamatlıqdır. Hadisə yerindən də qaçmamışam. Polis də hadisə yerinə gəldi, hər şey həll olunduqdan sonra məkandan uzaqlaşmışam”. 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …