Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Qərbi Azərbaycana(Ermənistana) Qayıdış Birliyi, Ali Məclisinin növbəti toplantısı keçirilib

Qərbi Azərbaycana(Ermənistana) Qayıdış Birliyi, Ali Məclisinin növbəti toplantısı keçirilib

Bu gün, Qərbi Azərbaycana(Ermənistana) Qayıdış Birliyi, Ali Məclisinin növbəti toplantısı keçirilmişdir.Gündəlikdəki məsələlər ətrafında maraqlı çıxışlar edilmiş, konkret təkliflər səsləndirilmişdir. QAQB sədrinin təqdimatı ilə,yeni təyinat sərəncamlarına baxılmış və yeni təyinatlar QAQB Ali Məclisi üzvləri tərəfindən təsdiq olunmuşdur.QAQB sədrinin sərəncanları ilə,müxtəlif sahələr üzrə təyin olunmuş müavinlər,eyni zamanda, Türkiyə dövləti, İzmir şəhəri üzrə, QAQB-nin təmsilçisi olaraq Nigar Ogeday, İğdır, Kars bölgəsi üzrə QAQB-nin təmsilçisi olaraq Serdar Unsal Türk,Ankara şəhəri üzrə QAQB-nin təmsilçisi olaraq Mərdanov İlham Şəki oğlunun təyinatları məsələsinə baxılmış və QAQB Ali Məclisi tərəfindən təsdiq olunmuşlar. Eyni zamanda,Kərimov Namiq Gəncə şəhəri üzrə,Əhmədov Vidadi Quba, Qusar, Xaçmaz bölgəsi üzrə, Əsgərov Qurban Goranboy rayonu üzrə təmsilçi təyin olunmaları təyinatları müsbət qarşılanmış və Ali Məclis tərəfindən təsdiq olunmaqla,təmsilçilik hüququ qazanmış həmin şəxslər QAQB Ali Məclisinin üzvlüyünə qəbul olunmuşlar. Sonra,soydaşlarımızın tarixi yurdlarından deportasiya olunmaları ilə bağlı anım günlərinin keçirilməsi tədbirlərinin təşkili üçün on nəfərdən ibarət işçi qrupu yaradılmışdır.Geniş müzakirələrdən sonra, növbəti iclasda Qərbi Azərbaycana Qayıdış Fondunun əsasnaməsinin qəbul olunaraq, yaradılması məsələsinə baxmaq,eyni zamanda QAQB sədrinin Mətbuatla əlaqələr üzrə müavini Əliyev Qeysərin rəhbərliyi altında Qərbi Azərbaycan TV-(QAtv)-internet telaviziyasını yaratmaq qərara alınmışdır! Toplantı öz məhsuldar işini səkkiz istiqamət üzrə komitələrin yaradılması ilə davam etdirərək,yeni təsis olunmuş komitələrə sədr, müavin və üzvlər seçməklə işini davam etdirmiş,yekunda,yaxın günlərdə, QAQB-nin təşkilatçılığı ilə,Beynəlxalq Mətbuat Mərkəzində,Ermənistan qaçqınlarının problemlərinə həsr olunmuş dəyirmi masanın keçirilməsi qərara alınmışdır. Dövlətimiz, Millətimiz, El-Obamız üçün xeyirli,uğurlu olsun!!!

QAQB sədri:Rizvan Talıbov.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …