Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qənirə Paşayevanın Ərzurumda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib

Qənirə Paşayevanın Ərzurumda Qarabağ parkı və abdidəsi təklifini bələdiyyə başqanı dəstəkləyib

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında “100. İl Qəhrəmanlar abidəsi”nin açılışı üçün Ərzurumda səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Ərzurum Böyükşəhər bələdiyyə başqanı Mehmet Sekmen ilə görüşüb.

Millət vəkili Q.Paşayevanın Ərzurumda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda reallaşacaq deyib. Bələdiyyə başqanı millət vəkilinin qardaş bələdiyyələr təklifini də dəstəkləyib və bu istiqamətdə yaxın zamanlarda addımlar atılacaq deyib. Millət vəkili Q.Paşayeva Ərzurum bələdiyyə başqanı ilə görüşdə qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən bələdiyyə başqanı azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Azərbaycanı çox sevdiyini deyən Ərzurum bələdiyyə başqanı Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr olub. Ərzurum bələdiyyə başqanı Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan bölgələri ilə Ərzurum arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Ərzurumda təhsil alan azərbaycanlı tələbələr barədə də bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başqanı Mehmet Sekmen Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva həmçinin Ərzurumun millət vəkilləri İbrahim Aydemir və Mustafa İlicalı ilə də görüşüb və geniş müzakirələr olub. Söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verilib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə millət vəkili bildirib. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Ərzurum valisi Seyfettin Azizoğlu ilə görüşüb. Görüş zamanı millət vəkili Q.Paşayeva Ərzurum valisi Seyfettin Azizoğluna qardaş Türkiyədə terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Seyfettin Azizoğlu azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik” –, deyə o bildirib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Ərzurum arasında da bu əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Ərzurumda təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib və valinin bundan sonra da hər zaman dəstək olacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva həmçinin Ərzurum aydınları, QHT və KİV rəhbərləri, qadın və gənclər təşkilatları, burada yaşayan və təhsil alan azərbaycanlılarla da görüşüb və Qarabağ həqiqətlərinin daha geniş yayılması ətrafında müzakirələr olub. Millət vəkili KİV-lərə geniş müsahibələr verib, onların Azərbaycanla bağlı suallarını da cavablandırıb.

Millət vəkili Q.Paşayeva Ərzurumda Azərbaycan Xalq Cumhuriyyətinin 100- ildönümü ilə bağlı gecədə Türk gəncliyinə çağırış edib.

Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda keçirilən gecədə Ərzurum Böyükşəhər Bələdiyyəsi, Azərbaycanın Türkiyədəki səfirliyi, Eko Avrasya Dərnəyi və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi Ərzurum şöbəsinin ortaq həyata keçirdiyi layihə və tədbirdə Ak Parti Ərzurum millət vəkili İbrahim Aydemir, Azərbaycan millət vəkili Qənirə Paşayeva, Ərzurum bələdiyyəsi və valiliyinin rəsmi şəxsləri, AK Parti İl başqanı Mehmet Emin Öz, TDED Ərzurum şöbə başqanı Murat Ertaş, Eko Avrasya Dərnəyi başqanı Hikmet Eren, Azərbaycanın Türkiyədəki səfirliyinin rəsmiləri, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, ziyalılar, QHT rəhbərləri və çox sayda vətəndaş iştirak edirdi. Bütün Müsəlman dünyasında ilk Cümhuriyyətin Azərbaycanda qurulmasından, müsəlman şərqində ilk dövlət olmasından olmasından danışan millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva bu bizim qürur tariximizdir deyib və cümhuriyyət qurucuları, onların fədakarlıqlarından geniş danışıb və harada doğulub harada yaşamasından asılı olmayaraq Türk gənclərini onları daha geniş öyrənməyə çağırıb. Erməni çətələrinin 100 il əvvəl Ərzurumda və Azərbaycan torpqlarında törətdiyi dəhşətli cinayətlərdən, 20-ci əsrin sonlarında Ermənistann işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalism aktlarından xüsusi danışan millət vəkili Q.Paşayeva gəncləri bunları unutmamağa çağırıb Erməni çətələrinin 100 il əvvəl arxasındakı bəzi güclərin dəsətəyi ilə Ərzurumda törətdiyi soyqırımlar, qətliamlar barədə danışan millət vəkili Q.Paşayeva amma dədə-nənələrimiz böyük bir qəhrəmanlıq mübarizəsi apararaq onlara gərəkən cavabı verdi və Ərzurumunb düşmən işğalından qurtuluşunun 100-cü ildönümündə biz onları rəhmət və sevgi ilə anırıq deyib. Erməni çətələrinin 20-ci əsrin əvvələrində Azərbaycanın müxtəlif bölgələrində törətdiyi soyqırımlar, 20-ci əsrin sonunda işğalçı Ermənistanlın arxasında duran güclərdən cəsarət alaraq Azərbaycana qarşıə törətdiyi vandalizm aktları ilə bağlı geniş danışan millət vəkili Q.Paşayeva harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bunları bilməli, unutmamalı, dünyaya daha geniş duyurmalıdır deyib. “Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq. Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”. O, bildirib ki, bu gün Türkiyədə bu cür tədbirlərimizin keçirilməsi çox önəmlidir.“ İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun”. Tədbirdə Azərbaycanın Əməkdar Artisti Lalə Məmmədova geniş konsert proqramı ilə çıxış edib və vətənpərvərlik mahnılarını səsləndirib. Gecə hər kəsin birlikdə oxuduğu “Qarabağ” və “Çırpınırdı Qara dənoz baxıb Türkün bayrağına” əsərləri ilə alqışlarla bitib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …