Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Qənirə Paşayevadan işğal olunmuş ərazilərlə bağlı ÇAĞIRIŞ

Qənirə Paşayevadan işğal olunmuş ərazilərlə bağlı ÇAĞIRIŞ

“İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbul olunmasına ciddi ehtiyac var. Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə etirazlarımıza baxmayaraq, hələ də qanunsuz səfərlər edilir, Azərbaycandan icazə alınmır. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həlini öz üzərinə götürən ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Ona görə də belə qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac var. Biz nəhayət, belə bir qanunu qəbul etməliyik”.
Moderator.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva deyib.
O, bu yaxınlarda İraqdakı Azərbaycan səfirliyində olarkən İraq yetimxanalarında saxlanılan azərbaycanlı uşaqlarla da görüşdüyünü xatırladıb.
“Həmin yetimxanalarda azərbaycanlı uşaqlar var. Onların ölkəyə gətirilməsinə çalışmaq lazımdır. Həmin uşaqların valideynlərinin beyinləri İŞİD terror qruplaşması tərəfindən yuyulub və onlar öz övladlarını atıblar”.
Q.Paşayeva bu yaxınlarda 20 Yanvar faciəsinin ildönümünün qeyd edildiyini xatırladıb. “Ölkəmizə çoxlu turistlər gəlir. Yaxşı olardı ki, Şəhidlər xiyabanında bələdçi qoyulsun ki, onlar bu faciə barədə turistlərə məlumat verə bilsinlər. Çünki orada ingilis dilində lövhə də yoxdur”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …