Bu ilin yanvar ayında Strasburqa səfər edən REAL Partiyasının sədri İlqar Məmmədovla bağlı maraqlı detal üzə çıxıb.
Həmin vaxt Strasburqda olan azərbaycanlı şahidlərdən birinin dediyinə
görə, səfər zamanı İ.Məmmədov Fransada yaşayan jurnalist Qənimət Zahidlə
görüşüb.
Görüş Avropa Şurası Parlament Assambleyasının binasının qarşısında olub
və təsadüfən baş tutub. Amma bu “görüş” hər hansı əməkdaşlıq məsələləri
ilə bağlı deyil, İ.Məmmədovun Q.Zahidə iradları ilə müşayət olunub.
Q.Zahidi REAL Partiyasına qarşı qərəzli xəbərlər yaymaqda günahlandıran
Məmmədov ondan bu fəaliyyətə son qoymağı istəyib. Görüşə şahid olan
şəxslər deyir ki, partiya sədrinin bu tələb və ittihamı hamı üçün
gözlənilməz olub.
Lakin İ.Məmmədovu axıra kimi dinləyən Q.Zahidin bu ittihamlara yalnız bir cümlə ilə cavab verdiyi deyilir:
“Bəy, sizin başınız xarab olub?!”
Q.Zahiddən belə “cavab” alan İ.Məmmədov bu sözlərdən bərk qəzəblənib və
hadisəyə şahid olanların araya girməsindən sonra oradan
uzaqlaşıb.(Oxu.az)