Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Qəbul imtahanlarının vaxtı dəyişdi – Abituriyentlərin nəzərinə!

Qəbul imtahanlarının vaxtı dəyişdi – Abituriyentlərin nəzərinə!

DİM tərəfindən 2019-cu ildə keçirilməsi nəzərdə tutulan bəzi imtahan günlərində dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 12-də, II və III ixtisas qrupları üzrə mayın 19-da keçiriləcək. I və IV ixtisas qrupları üzrə ikinci imtahan (yay imtahanı) isə iyunun 23-də keçiriləcək.

Əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının ikinci mərhələsi 30 iyunda keçiriləcək.

Dövlət qulluğuna qəbul olmaq üçün iyunun 23-də keçirilməsi nəzərdə tutulan imtahan iyunun 30-da baş tutacaq. Digər imtahanların tarixləri və tədbirlərin qrafiki olduğu kimi qalır.

Ətraflı məlumatı DİM-in saytından ala bilərsiz. 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …