Ana səhifə / “Qəbələ” Almaniyadan futbolçu aldı

“Qəbələ” Almaniyadan futbolçu aldı

“Qəbələ” mövsümlərarası fasilədə növbəti transferini həyata keçirib.

Azinforum.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Nürnberq”in müdafiəçisi Deyv Bultuisi heyətə cəlb edib.

Daha öncə İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famussa Kone ilə anlaşan “Qəbələ” Bultuisi də rəsmən transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub.

2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.

Həmçinin oxuyun

Ramiz Mehdiyev danışdı: “Cərimə olunmamışam, 60 il əvvəl maşın sürmüşəm”

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması …

Bir cavab yazın