Cümə , Sentyabr 18 2020
Ana səhifə / Aktual / Qətər şeyxlərinin təyyarəsi Minskə kimləri gətirib… – ƏRƏB GENERALININ LUKAŞENKO İLƏ NƏ İŞİ?

Qətər şeyxlərinin təyyarəsi Minskə kimləri gətirib… – ƏRƏB GENERALININ LUKAŞENKO İLƏ NƏ İŞİ?

Qətərin ancaq VİP-sərnişinlərə xidmət edən “Qatar Amiri Flight” aviaşirkətinin Airbus A-340 təyyarəsi Dohadan Minskə sirli reys həyata keçirib. Virtualaz.org xəbər verir ki, bu haqda Flightradar 24 servisinin məlumatlarına əsasən “Voennıy obozrevatel” Telegram-kanalı bildirir.

Məlumata görə həmin təyyarənin sərnişinlərindən bir hissəsi Minskdəki “Pekin” otelinin prezident nömrəsində və daha 20 lüks nömrədə yerləşiblər. Onlar nömrələri bir həftəliyinə kirayələyiblər. Minsk aerportunun əməkdaşlarından birinin İnstagram hesabında yerləşdirdiyi fotoya əsasən gələn təyyarə Airbus A-340-300 markalıdır. Qətərdə bu modifikasiyadan olan hava gəmisi ancaq “Qatar Amiri Flight” şirkətində var. Bu şirkət Qətər əmirinin ailəsini və yüksək rütbəli məmurları daşıyır.

Telegram-kanal bildirir ki, həmin təyyarə Qətərin güc strukturlarının yüksək rütbəli nümayəndəsini və onu müşaiyət edən şəxsləri Minskə gətirib. Onların belaruslu həmkarları ilə hansı danışıqlar aparacağı məlum deyil.

Bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun xidməti təyyarəsinin Minskə endiyi barədə xəbərlər yayılmışdı.

Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərindən sonra bütün ölk boyu müxalifətin etirazları, o cümlədən kütləvi tətillər keçirilir. Belarus təhlükəsizlik qüvvələri etirazların ilk günlərində ifrat güc tətbiqi həyata keçirib, minlərlə adam döyülüb və həbs olunub.
Virtualaz.org

Həmçinin oxuyun

Sabir Rüstəmxanlı: “İnternetdən məhrum olan minlərlə şagirdə onlayn dərs tətbiq etmək olmaz”

Pandemiya ilə bağlı olaraq yeni dərs ilində onlayn təhsil sisteminə üstünlük verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. …