Cümə , Fevral 3 2023
Ana səhifə / Aktual / Qələbə zəfərinə həsr olunan ilk kitab nəşr olunub – FOTO

Qələbə zəfərinə həsr olunan ilk kitab nəşr olunub – FOTO

Azərbaycanda İkinci Qarabağ müharibəsindən bəhs edən və üç dildə – Azərbaycan, rus və ingils dillərində nəşr olunan ilk kitab işıq üzü görüb.

Azinforum.az sosium.az-a istinadən xəbər verir ki, kitabın ideya müəllifi ictimai xadim, məşhur xeyriyyəçi iş adamı, Azərbaycan diasporunun liderlərindən olan İsgəndər Xəlilov, yaradıcı müəllifi isə ictmai-siyasi xadim, tanınmış diaspor lideri Mirkazım Seyidovdur.

“Tarixi qələbəyə böyük qayıdış” adlı kitabın elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, redaktorları isə milət vəkili, akademik Nizami Cəfərov, professor Əlikram Tağıyev və şair-publisist Zülfüqar Şahsevənlidir. Kitabda türk dünyasının liderləri – Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın, Birinci Vitse-prezident Mehriban Əliyevanın fəaliyyətindən, Xocalı qətliamından, erməni terrorundan, 44 günlük qələbə zəfərindən bəhs edilir.

Nəfis tərtibatda hazırlanan kitabın rəyçiləri professor Musa Quluzadə, professor İlham Məmmədzadə və diaspora fəalı, iş adamı Leyla Əhmədovadır.

Həmçinin oxuyun

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvləri cəzalarını almalıdır – – Sahil Kərimli

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin bütün üzvləri son nəfərinə kimi müəyyən edilməli və xainlər …