Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Qəbələdə yanğın zamanı xəsarət alan ərəblərin dördü xəstəxanadan evə buraxılıb

Qəbələdə yanğın zamanı xəsarət alan ərəblərin dördü xəstəxanadan evə buraxılıb

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin 4-ü xəstəxanadan evə buraxılıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, həmin ərəblər Qəbələ Mərkəzi Xəstəxanasında müalicə edilirdilər. Respublika Yanıq Mərkəzinə yerləşdirilən Küveyt vətəndaşı olan 2 nəfərin isə vəziyyəti stabil ağır qiymətləndirilir. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan həmin şəxslər – 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı hazırda mərkəzin reanimasiya şöbəsində müalicələrini davam etdirirlər.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər – bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …