Ana səhifə / Aktual / “QƏBƏLƏ XANLAR” RESTORANINDA NÜFUZLU ADAMLARIN ADINDAN SUİ-İSTİFADƏ EDİB MÜŞTƏRİLƏRİ SOYURLAR – ŞİKAYƏT

“QƏBƏLƏ XANLAR” RESTORANINDA NÜFUZLU ADAMLARIN ADINDAN SUİ-İSTİFADƏ EDİB MÜŞTƏRİLƏRİ SOYURLAR – ŞİKAYƏT

Azinforum.az xəbər verir ki, Azərbaycanda böyük restoran şəbəkəsinə malik olan insanlardan biri də qəbələli Xanlardı. “Qəbələ Xanlar” ləqəbilə tanınan həmin şəxsin paytaxtın bir çox yerlərində yaxşı gəlir gətirən restoranları fəaliyyət göstərir.  Bu biznes şəbəkəsinə aid olan ən böyük restoranlardan biri də Xanların doğulduğu Qəbələ rayonunda “Qəbələ Xanlar” adı ilə məşhurdur. Xüsusilə də yay fəsilində həmin restoranda olan müştəri bolluğundan yer tapmaq müşkül məsələdi. Xanlar sözügedən  restoranda xariqələr də yaratmayıb. Sadəcə, təbiətin bəxş etdiyi gözəl meşəliyi  zəbt edərək, özünə obyekt tikdirib. Bir balaca tanınmağından və müştəri bolluğundan sui-istifadə edən   “Qəbələ Xanlar” restoranındakı qiymətləri lap ceyranın belinə mindirib.

qeb

 

Azinforum.az saytına indiyə qədər həmin restorandakı dərəbəyliklə bağlı çoxsaylı şikayətlər olunub. Bir neçə gün əvvəl isə həmin restoranın müştərisi olan tanınmış bir  vətəndaşın bizə ünvanladığı şikayəti olduğu kimi təqdim edirik:

” Təbiətin gözəl mənzərəsndə yerləşərək ilk baxışdan zövqü oxşayan bu “İstirahət mərkəzi”nin pərdəarxası baş verənlər həqiqətən insanın canını bir müddət “rahatlayır”. Ölkə başçısının bu restoranda olmasını, buranı bəyənməsini əllərində şüar edərək müştərilərə istədikləri qiyməti deyən restoran rəhbərliyi çəkinmədən istədikləri kimi hərəkət edir. Restorana qonaq olan ailə sonda hansı mənzərə ilə rastlaşacağından xəbərsiz dincəlməyə qərar verir. Sifariş verdin – vermədin masanın üzərinə gələn qəlyanaltı və içəcəklər ilk baxışdan göz oxşayır. Verdiyin sifariş birə beş hesaba vurularaq London restoranı qiymətinə yazılır zavallı müştərinin ayağına. Hələ bəzən restoranın mərkəzində bir qədər daha səliqəli və bəzədilmiş yeri göstərərək burada Kəmaləddin Heydərov oturur deyə fəxrlə restoranlarının “tas”ını qldırmağa çalışırlar. Ən maraqlı məqamlardan biri də budur ki,  sənə “yüklənən” “şotun” 10%-ni əlavə olaraq ofisantın xidmət haqqı adı ilə  alırlar. Qeyd edim ki, xidmət göstərən ofisantın bildirdiyinə görə ona bu 10%-dan qəpik-quruş çatır. Bu xidmət haqqı isə nəinki Bakının mərkəzindəki, heç İstanbul restoranlarda belə yoxdur.
Bəs görəsən, bu gəliri barəsində müştərilərə heç bir qəbz filan verməyən restoran sahibi dövlətə nə qədər vergi ödəyir? Yəqin ki, gəlirinin 2%-ni. Çox güman ki, bu da elə bir ciddi məbləğ deyil?! Bəs, hər bir müştəriyə “oxuduğu” hesabın 10%-ni ofisanta xidmət haqqı kimi tutan restoran görəsən, həmin ofisantlarla əmək müqaviləsi bağlayıbmı? Bu artıq müvafiq qurumların işidir.
Beləcə, ” Qəblələ Xanlar” turistlər və milli qonaqlar üzərində öz xanlığını davam etdirir”.

Vidadi Ordahallı,

Azinforum.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın