Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / QƏBƏLƏ İCRA HAKİMİYYƏTİ QAÇQIN AİLƏSİNƏ NİYƏ ZÜLM EDİR? – VİDEO

QƏBƏLƏ İCRA HAKİMİYYƏTİ QAÇQIN AİLƏSİNƏ NİYƏ ZÜLM EDİR? – VİDEO

Rayonda məmurlara məxsus artıq evlər qaçqınlara kirayə verilir – Absurd vəziyyət

Qəbələ rayonunun Nic kəndində məskunlşan Ağdam rayonundan məcburi köçkün olan bir ailə Azinforum.az İnformasiya Portalına müraciət edərək, üzləşdikləri acınacaqlı durum barədə məlumat verib. 1993-cü ildən Ağdamın Xıdırlı kəndindən Qəbələyə pənah gətirən Mehdiyeva Zabilə Qara qızı bizə bildir ki, hazırda onların ailə üzvlərinin sayı 10 nəfərə çatıb: “Mənzil şəraitimizin acınacaqlı olduğu səbəbindən müraciət etmədiyimiz dövlət qurumu qalmayıb. Buna baxmayaraq, Qəbələ rayonunda məcburi köçkünlər üçün inşa edilən şəhərcikdə belə bizi mənzillə təmin etmədilər. Hazırda mənim böyük oğlum üç övladı ilə kirayədə yaşayır. Ancaq bunu da ona çox görürlər.

Sizə onun acınacaqlı mənzil şəraitini əks etdirən videomaterial da göndəririk. Qəbələ Rayon İcra Hakmiyyəti də bizim şikayətlərimizə biganə yanaşır. Mənim oğlum hərbi şəhərcikdə kirayə qaldığı mənzildən aylıq pulu ödəyə bilmədiyi səbəbindən çölə atılıb. İcra hakimiyyəti əvvəl bildirdi ki, həmin mənzillər onların balansında deyil. Ancaq bizdə olan məlumata görə, şəhərcikdə olan mənzillərin əksəriyyəti hazırda İcra Hakimiyyətinin balansına verilib. Araşdırsanız görərsiniz ki, həmin mənzillərin çoxu yerli məmurlar tərəfindən kirayəyə verilir. Görün, nə günə qalmışıq? Məcburi köçkün məmurun özünə lazım olmayan evində kirayədə yaşamağa məcburdur. Küçədə qalmamaq üçün, biz məcbur olub şəhərcikdə olan boş mənzillərdən birinə sığındıq. Sizi inandırım ki, normal insan həmin şəraitdə yaşamaz.

 

Ancaq İcra Hakimiyyəti bunu da bizə çox gördü və barəmizdə məhkəməyə müraciət etdi. Təəssüflər olsun ki, yerli məhkəmə də İcra Hakimiyyətinin iddiasını təmin edərək, onları “haqlı” saydı. Hazırda küçələrdə yaşamağa məhkumuq. Biz bilirik ki, bütün bunlardan ölkə başçısının xəbəri yoxdur. Çünki cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə məcburi köçkünlərlə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Ölkə başçısı dəfələrlə bildirib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması bizim üçün prioritet vəzifədir. Amma görün ,Qəbələ İcra Hakimiyyəti öz qüdrətini kimin üzərində göstərir? Sizdən artıq dərəcədə xahiş edirik ki, Qəbələdəki məmurların bizim başımıza açdığı müsibətlərlə bağlı ölkə rəhbərliyini məlumatlandırasınız. Yeganə ümidimiz Prezident və onun xanımı Mehriban Əliyevayadır”.
Bu gün məcburi köçkün ailəsi redaksiyamızla əlaqə saxlayaraq bildirdirdi ki, onların mənzilinə verilən elektrik enerjisini də tam kəsiblər. Bazar günü olduğu üçün, Qəbələ rayon İcra Hakimiyyətilə əlaqə saxlaya bilmədik. Mözvzu ilə bağlı onların da mövqeyini dinləməyə hazırıq.
Azinforum.az qaçqın ailəsi tərəfindən readksiyamıza göndərilən videomaterialı da təqdim edir. Mövzuya qayıdacayıq…

https://www.youtube.com/watch?v=rVQFaAAwK2A&feature=youtu.be

 

M.MİRZƏ
AZİNFORUM.AZ

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın