Cümə axşamı , Mart 28 2024
Ana səhifə / “Qəbələ” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşacaq

“Qəbələ” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşacaq

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu 2017/2018-ci il mövsümünün hazırlığını davam etdirir.

Azinforum.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “qırmızı-qaralar” gündə iki dəfə məşq keçirlər.

Komandanın yeni transferi Deyv Bultuis də məşq prosesində iştirak edib. Bu gün baş tutan məşqə yalnız zədəli futbolçular Baqali Dabo və Tellur Mütəllimov qatılmayıblar. Ruslan Qurbanov və Dion Malone isə fərdi məşqlə kifayətləniblər.

“Qəbələ” bu gün təlim-məşq toplanışında sonuncu yoxlama oyununa çıxacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmada komandamız Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın