Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Putinin 24 apreldə İrəvana gedəcəyi hələ dəqiqləşməyib – rəsmi

Putinin 24 apreldə İrəvana gedəcəyi hələ dəqiqləşməyib – rəsmi

putinRusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin tarixi müzakirə edilir. Bu məsələ hələ ki, gündəlikdədir. Musavat.com-un Rusiya informasiya qaynağına istinadən verdiyi xəbərə görə, bu barədə Kreml başçısının mətbuat katibi Dmtri Peskov brifinqdə bildirib.

“Prezident Putinin İrıvana səfəri gündəmdədir. Səfər hazırlanır və müzakirə edilir. Onun dəqiq tarixi bəlli olan kimi bu haqda məlumat verəcəyik” – deyib Peskov.
Xatırladaq ki, erməni tərəfi Putinin İrəvana məhz aprelin 24-də gələcəyini iddia edir.
Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında 30 dəqiqəlik telefon danışığı olub. Ölkə başçıları saxta soyqırım mövzusunu da müzakirə ediblər. İstisna deyil ki, Ərdoğan Rusiya prezidentinin diqqətini həm də aprelin 24-də İrəvana səfərdən yayınmağın zəruriliyinə yönəldib.

 

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın