Bazar , Noyabr 28 2021
Ana səhifə / Aktual / Putin Zəngəzur dəhlizindən danışdı

Putin Zəngəzur dəhlizindən danışdı

Bakı və İrəvan Qarabağdakı qan tökülməsini dayandırmaqa bacarıblar, bir anlıq maraqlardan əl çəkiblər, indi isə bölgədə uzunmüddətli nizamlanma üçün şərait yaratmaq lazımdır. Bunu Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.

“Birincisi, həm Azərbaycan prezidentinin, həm də Ermənistanın baş nazirinin siyasi müdrikliyinə hörmətlə yanaşmalıyam. Yenə də hadisələrin bütün faciələrinə baxmayaraq, onlar bir anlıq siyasi vəziyyətdən yuxarı qalxmağı və çox məsuliyyətli qərar qəbul etməyi bacardılar.

Ancaq bu, yeganə məqam deyil, baxmayaraq ki, insan həyatını qorumaqdan daha vacib bir şey yoxdur, başqa bir önəmli məsələ da var: uzunmüddətli nizamlanma üçün şərait yaratmaq lazımdır. Bu isə yalnız o halda mümkündür ki, hər iki tərəf əldə etdiyi razılaşmaları uzunmüddətli olaraq qəbul edəcək və, bunu vurğulamaq istəyirəm, dinc şəkildə birlikdə yaşamağın üstünlüklərini qiymətləndirəcək”, – deyə, Vladimir Putin qeyd edib.

“Və burada hamının marağı var. Azərbaycan Naxçıvanla normal əlaqəni qurmaqda, kommunikasiyaların açılmasında maraqlıdır, və bu, Ermənistanın qarşısında duran ilkin vəzifələrdən biridir – effektiv iqtisadi mühüt yaratmaq, bölgədə, effektiv qarşılıqlı əlaqə – gələcəkdə Azərbaycanla da, yaratmaq, prinsipcə, Ermənistan bunda maraqlıdır, Türkiyə ilə münasibətlərini normallaşdırmaq, onları müasir hala gətirmək” – Rusiya prezidenti bildirib.

“İndi ən vacib məsələ sərhəddəki vəziyyəti nəhayət nizamlamaqdır. Əlbəttə ki, Rusiyanın iştirakı olmadan heç nə edilə bilməz. Burada, bəlkə də, hər iki tərəfdən başqa heç kimə ehtiyacımız yoxdur. Niyə? Çox sadə praqmatik məsələlər var. Xəritələr, Rusiya ordusunun Baş Qərargahındadır. Sovet respublikaları arasındakı sərhədin sovet dövründə necə olduğunu göstərən xəritələr. Bu sənədlərə əsaslanaraq hər iki tərəf sakitçə oturmalıdır… Orada da qarşılıqlı güzəşt tələb edən məsələlər var. Bunu etmək olar ya yox? Mümkündür”, – Putin vurğulayıb.

“Ancaq əlbəttə ki, biz çoxtərəfli bir format tapmağın tərəfdarıyıq. Minsk qrupunun işini gücləndirmək də daxil olmaqla. Biz tərəfdaşlarımızla birlikdə bunun üzərində işləyirik”, – Rusiya lideri əlavə edib. virtualaz.org

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …