Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Putin yenə Qarabağ haqda danışdı

Putin yenə Qarabağ haqda danışdı

Rusiya Prezidenti Vladimir Putin Qarabağda Rusiya sülhməramlı missiyasının işi üzrə müşavirədə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün daxili təhlükəsizlik və iqtisadiyyat baxımından vacibdir.

Xəbəri TASS yayıb.

V.Putin Rusiya sülhməramlılarının Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almağa kömək edən dəqiq və ahəngdar fəaliyyətini qeyd edib.

Prezident onu da qeyd edib ki, Dağlıq Qarabağda Rusiyanın bütün humanitar səyləri erməni və Azərbaycan xalqlarının rifahına yönəlməlidir.

Putin qeyd edib ki, Rusiyanı Azərbaycan və Ermənistanla çoxəsrlik əlaqələr bağlayır: “Bu, bizim üçün həm daxili siyasi ölçüyə malikdir, həm də daxili təhlükəsizliyin təmin edilməsi baxımından, siyasət baxımından çox böyük maraq doğurur”.

Putin bildirib ki, Rusiya Dağlıq Qarabağda humanitar məsələlərin həllinə YUNESKO-nun, həmçinin BMT-nin Uşaq Fondunun (YUNİSEF) qoşulacağına ümid edir. “Tarixi abidələrin və dini ziyarətgahların, özü də həm Azərbaycan, həm də erməni abidələrinin qorunması barədə xüsusi danışmaq istərdim”, – deyə Rusiya dövlətinin başçısı bildirib.

Putin bildirib ki, Rusiya yaxın zamanlarda Dağlıq Qarabağda aktual, o cümlədən humanitar problemlərin həlli üçün bölgəyə  böyük nümayəndə heyəti göndərəcək.

Rusiyalı lider xatırladıb ki, o həm Ermənistandakı, həm də Azərbaycandakı həmkarları ilə daim təmasda olur: “Biz hər iki liderlə razılığa gəldik ki, yaxın vaxtlarda Ermənistana və Azərbaycana bir sıra nazirlik və idarələrin rəhbərlərindən ibarət Rusiya nümayəndə heyəti göndəriləcək”. Virtualaz.org

Həmçinin oxuyun

Türkiyə Ordusu Azərbaycana nə vaxt gəlir? – AÇIQLAMA

“Azərbaycanın Qarabağdakı zəfərinin ardından gözlər Türkiyə-Rusiya ortaq nəzarət məntəqəsinin yaradılmasına çevrilib. Türkiyə Milli Müdafiə Nazirliyi …