Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Putin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşməyəcək – Peskov açıqladı

Putin Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşməyəcək – Peskov açıqladı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin cümə günü Moskvada keçirilən danışıqlardan sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşməyi planlaşdırmır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

“Bu anda yalnız xarici işlər nazirləri səviyyəsində işləmək planlaşdırılır”. Peskov iki ölkənin xarici işlər nazirlərinin Rusiya lideri ilə görüşünün planlaşdırılıb-planlaşdırılmaması ilə bağlı sualı cavablandırarkən deyib.

Rusiya, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Dağlıq Qarabağdakı vəziyyətlə bağlı görüşü bu gün Bakı vaxtı ilə 16:00-da baş tutacaq.

Peskov qeyd edib ki, cümə axşamı Rusiya Prezidenti Vladimir Putin “Bakıdan və İrəvandan olan həmkarları ilə çox böyük və ağır bir iş gördü”.

Kremlin sözçüsü xatırladıb ki, prezident əsir mübadiləsi və ölülərin cəsədlərinin çıxarılması üçün tərəfləri Qarabağda atəşi dayandırmağa çağırıb.

Putin, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərini məsləhətləşmələr üçün Moskvaya dəvət edib.

“Hər iki tərəf cavab verdi, xarici işlər nazirləri Moskvaya gəlir və bu gün Rusiya xarici işlər naziri Lavrovla işə başlayacaqlar. Bu iclasın yerli vaxtla saat 15-də başlayacağını gözləyirik”. Peskov bildirib.

Həmçinin oxuyun

Prezidentin rəhbərliyi ilə operativ müşavirə keçirildi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin …