Ana səhifə / Aktual / Putin Baydenlə “Villa La Grange”da görüşəcək

Putin Baydenlə “Villa La Grange”da görüşəcək

Rusiya və Amerika liderləri Vladimir Putinlə Co Baydenin görüşü Cenevrədəki “Villa La Grange”da keçiriləcək.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Məşhur “Villa La Grange” prezidentlər Bayden və Putini 16 iyunda qəbul edəcək. İsveçrəni seçməklə göstərdikləri etimada görə hər iki ölkəyə təşəkkür edirik”, – açıqlamada deyilir.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da keçiriləcək. Görüşü işıqlandırmaq üçün 500-dən çox jurnalist qeydiyyatdan keçib.

Həmçinin oxuyun

Köçəryanın mitinqində irqçi mahnı – onun müğənni gəlini Türkə elə nifrət püskürdü ki!.. VİDEO

Ermənistanın eks-prezidenti, “Hayastan” (“Ermənistan”) seçki blokunun rəhbəri, Xocalı canisi Robert Köçəryan dünən İrəvanda öz seçiciləri …