Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Putin 5 generalı işdən çıxardı – Yenilənib

Putin 5 generalı işdən çıxardı – Yenilənib

Rusiya Prezidenti Vladimir Putin Moskva metropoliteni üzrə daxili işlər idarəsinin rəisi, general-mayor Nikolay Savçenkonu vəzifəsindən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Qərarın bir neçə gün əvvəl qəbul olunduğu bildirilir.

Daxili İşlər Nazirliyinin, İstintaq Komitəsinin, Federal Penitensiar Xidmətin və Fövqəladə Hallar Nazirliyinin bir neçə rəhbərinin də vəzifələrindən azad edildiyi deyilir. Onların arasında Omsk vilayətinin prokuroru Anastas Spiridonov və FPX-in kadrlar şöbəsinin müdiri, polkovnik Aleksandr Piroqov da var.

***

Putinin sərəncamı ilə vəzifədən kənarlaşdırılan digər generallar bunlardır:

Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş idarəsinin rəis müavini, daxili xidmət general-mayoru Vyaçeslav Bolqov;

DİN-in Voronej vilayəti üzrə Baş İdarəsinin rəis müavini, ədliyyə general-mayoru Vyaçeslav Vorontsov;

Rusiya İstintaq Komitəsinin Kriminalistika İdarəsinin rəis müavini, ədliyyə general-mayoru Sergey Ryabov;

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Sankt-Peterburq universiteti üzrə rəisi, daxili xidmət general-leytenantı Eduard Çijikov.

Vladimir Putinin digər sərəncamı ilə yeni vəzifəyə təyinat alan generallar:

Daxili xidmət general-mayoru Vladimir Denejkin Yanğından Mühafizə Baş İdarəsinin rəis müavini – FHN Xüsusi İdarəsinin rəisi;

Polis general-mayoru Leonid Kolomiyts, DİN-in Tümen vilayəti üzrə İdarəsinin rəisi;

Polis general-mayoru Aleksandr Pryadko DİN-in Arxangelsk vilayəti üzrə İdarəsinin rəisi.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …