“Anlamıram ki, villa nə olan şeydir”

“Halım olmadığı zaman paltarlarım baxıram ürəyim rahatlanır”

ARB TV-nin “Gəlin Danışaq” verilişinin növbəti qonağı xalq artisti Yalçın Rzazadə olub.

Maraqlı açıqlamalar verən xalq artisti, ilk olaraq sənətindən söz açıb:

“Yox. Bilirsiz, mən həm rəssam, həm gitarist idim, həm də idmanla və s. işlərlə məşğul oluşam. Sizin sualınız isə çox çətin və asan sualdır. İnsan birinci arzu etməlidir. O, bunları proqram kimi önünə qoymalıdır və o arzulara irəliləməlidir. Mən də belə olub. Amma elə şeylərdə var ki, çox çətin olur”.

Daha sonra sənətçi pulunu villa və ya mal-mülkə xərcləmədiyini dilə gətirib:

“Mənim imkanım olsa heç vaxt villa və bahalı maşın almaram. Mən ümumiyyətlə anlamıram ki, villa nə olan şeydir. Geyimi sevirəm. Hansı ölkəyə getsək, məni ancaq geyim mağazasından taparsız. Pulumu axıncı qəpiyinə kimi xərcləyirəm. Halım olmadığı zaman paltarlarım asıldığı yerə gedirəm. Köynəyim, jaketim, pencəyim, ayaqqabılarıma baxıram və görürəm ki, ürəyim rahatlanır. İmkanım olsaydı Amazona gedərdim. Səyahəti çox xoşlayıram, təbiəti sevirəm . Bəzi vaxtlar onunla danışıram. İstədiklərimin içində bunları reallaşdıra bilməmişəm. Ümid insanda sonda ölür. İnsan ümidlə yaşamamalıdır. Hər dəqiqənin bir hökmü var.