Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Aktual / “Pulsuz səhiyyə özünü doğrultmadı” – Nazir müavini

“Pulsuz səhiyyə özünü doğrultmadı” – Nazir müavini

“Səhiyyə müəssisələrinin nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil”.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O qeyd edib ki, pulsuz səhiyyənin özünü doğrultmadığı bəllidir:

“Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək”.

R.Əliyev bildirib ki, nazirlik dövlətin səhiyyə siyasətini daim yürüdür və yürüdəcək. O vurğulayıb ki, tibb müəssisələri mərhələli şəkildə İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …