Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “PULLARI XARİCDƏ MÜXTƏLİF HESABLARDA GİZLƏDİRDİLƏR” – Prezident

“PULLARI XARİCDƏ MÜXTƏLİF HESABLARDA GİZLƏDİRDİLƏR” – Prezident

“İxrac edilən malların satışından əldə edilən gəlir tam şəkildə ölkəmizə gəlməlidir”.Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.
Dövlət başçısı bildirib ki, bunun üçün indi nəzarət mexanizmləri tətbiq olunur: “Ona görə ki, əvvəlki illərdə, məndə olan məlumata görə, göndərilən malların dəyərinin təxminən 30 faizi ölkəmizə qayıtmırdı, orada-burada gizlədirdilər. Xaricdə müxtəlif hesablarda gizlədirdilər. Buna yol vermək olmaz. Valyuta tam şəkildə gəlməlidir və əlbəttə ki, indi yeni mexanizm işə düşüb. Hansısa şirkət investisiya və ixrac təşviqini almaq istəyirsə, mütləq bu qaydalara riayət etməlidir”.

Prezident İlham Əliyev nəqliyyat sektorunun böyük əhəmiyyəti olduğunu vurğulayıb: “Biz indi ixracı böyük dərəcədə artıracağıq. Biz ixracı nəqliyyat vasitəsilə xarici bazarlara ötürürük. Ona görə bizim vaqon parkımıza baxmalıyıq. Biz indi yeni elektrovozlar, vaqonlar alırıq. Vaqonların sayı, həcmi ixrac ediləcək məhsullarla üst-üstə düşməlidir. Dəmir yolunun reabilitasiyası, sürətin artırılması, bütün bunlar da ixraca, tranzitə hesablanmış məsələlərdir”

***

100-2“Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Biz son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb etmişik. Bunun bir hissəsi neft, bir hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Bütövlükdə, Azərbaycanda investisiya iqlimi çox müsbətdir. Mötəbər beynəlxalq qurumlar bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 37-ci yerə layiq görüb. İl ərzində biz 3 pillə qabağa getmişik. Yəni, bütövlükdə iqtisadi liberallaşma, dərin islahatlar, gözəl investisiya iqlimi və MDB məkanında adambaşına düşən birbaşa xarici investisiyaların həcminə görə ön sıralarda olmağımız, əlbəttə ki, xarici və daxili investorları cəlb etmək üçün əlavə şərait yaradır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib. Dövlət başçısı qeyd edib ki, yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdır. Onun sözlərinə görə, gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır – bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın