Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Pu­tin və Tramp “ye­ni dün­ya dü­zə­ni­nə” Ba­kı­dan baş­la­dı­lar – TƏHLİL

Pu­tin və Tramp “ye­ni dün­ya dü­zə­ni­nə” Ba­kı­dan baş­la­dı­lar – TƏHLİL

Son iki gün­də dün­ya­nın iki su­per­döv­lə­ti­nin mü­na­si­bət­lə­rin­də ən diq­qət­çə­kən ha­di­sə­nin fo­nun­da Azər­bay­ca­nın da adı­nın keç­mə­si tək­cə ge­o­si­ya­si pro­ses­lə­rin təh­li­li ilə məş­ğul olan ana­li­tik­lə­rin yox, bun­dan da­ha çox sa­də ic­ti­mai da­i­rə­lə­rin ma­raq mər­kə­zin­də­dir.
ABŞ və Ru­si­ya­nın ali hər­bi rəh­bər­lə­ri hə­lə­lik tam çər­çi­və­si açıq­lan­ma­yan mə­sə­lə­lə­rin mü­za­ki­rə­si üçün Ba­kı­da gö­rüş­dü­lər. Ta­rix­də dün­ya­nın ta­le­yi­ni həll edən bö­yük döv­lət­lə­rin əsas ma­raq­la­rın toq­quş­du­ğu yer­dən və ya bir­ba­şa dö­yüş mey­da­nın­dan uzaq neytral re­gi­on­lar­da gö­rüş­dük­lə­ri­nə da­ir nü­mu­nə­lər az de­yil. Bu kon­tekstdə lap elə mü­a­sir gün­lə­ri­mi­zin əsas konfliktlə­ri olan Su­ri­ya prob­le­mi­nin Ce­nev­rə­də, Al­ma­tı­da, da­ha ön­cə Li­vi­ya mə­sə­lə­si­nin Av­ro­pa­da, İra­nın nü­və prob­le­mi­nə da­ir Al­ma­ni­ya­da ke­çi­ri­lən mü­za­ki­rə­lə­rə bax­maq olar. Bir az da əv­vəl­lə­rə get­sək, Cə­nub-Şər­qi Asi­ya­da XX əs­rin or­ta­la­rın­da­kı mü­ha­ri­bə­lə­ri mü­za­ki­rə et­miş 1955-ci il Pa­ris Sülh Konfran­sı, on­dan da əv­vəl Çar Ru­si­ya­sı ilə Os­man­lı döv­lə­ti­nin mü­ha­ri­bə zid­diy­yət­lə­ri­nə da­ir 1878-ci il Ber­lin Sülh Konfran­sı, hə­lə bir qə­dər də ta­ri­xə get­sək, Na­po­le­o­nun is­ti­la­la­rı ilə Av­ro­pa­da ye­ni ge­o­si­ya­si mü­na­si­bət­lə­ri ay­dın­laş­dır­mış 1815-ci il Vya­na Sülh Konfran­sı, XX və XXİ əsrlər üçün dün­ya­nın si­ya­si xə­ri­tə­si­ni ye­ni­dən cız­mış Sta­lin-Çör­çill-Ruz­velt ara­sın­da Teh­ran gö­rü­şü və sa­ir ya­da dü­şür. Bü­tün hal­lar­da, iki­tə­rəf­li və çox­tə­rəf­li mü­za­ki­rə­lər üçün bey­nəl­xalq si­ya­sət­də han­sı­sa şə­hə­rin se­çil­mə­si prin­si­pi­al xa­rak­ter da­şı­yıb və tə­sa­dü­fi ol­ma­yıb. Hət­ta bə­zi hal­lar­da şə­hə­rin adı ora­da mü­za­ki­rə olu­na­caq mə­sə­lə­lər qə­dər əhə­miy­yət­li olub.

ABŞ Si­lah­lı Qüv­və­lə­ri Ko­mi­tə­si­nin Baş Qə­rar­gah rə­i­si, ge­ne­ral Dan­ford və Ru­si­ya SQ Baş Qə­rar­gah rə­i­si, ge­ne­ral Ge­ra­si­mo­vun gö­rüş üçün məhz Ba­kı­nı seç­mə­lə­ri­nə ta­rix­dən gə­tir­di­yi­miz bir ne­çə nü­mu­nə­nin priz­ma­sın­dan ya­naş­maq la­zım­dır. Qa­pa­lı gö­rüş­lər üçün şə­hər­lə­rin tə­sa­dü­fən se­çil­mə­di­yi­ni gös­tə­rən sa­da­la­dı­ğı­mız ta­ri­xi faktlar öz­lü­yün­də də­mir sü­but­lar­dır ki, ABŞ və Ru­si­ya rəh­bər­li­yi Ba­kı­nın üzə­rin­də çox cid­di ar­qu­mentlə­rə söy­kə­nə­rək da­ya­nıb. Dip­lo­ma­tik mən­bə­lər­dən sı­zan in­for­ma­si­ya­la­ra gö­rə, Moskva, Minsk, Qər­bi Av­ro­pa şə­hər­lə­rin­dən han­sı­la­rın­sa ad­la­rı ke­çən si­ya­hı­nın son­da Ba­kı va­ri­an­tı ilə ye­kun­laş­ma­sı çox cid­di mə­sə­lə­dir. Be­lə­lik­lə, ABŞ və Ru­si­ya rəh­bər­li­yi dün­ya­nın ta­le­yi üçün son də­rə­cə cid­di mü­za­ki­rə mə­ka­nı ola­raq ni­yə məhz Ba­kı­nı seç­di? Öz­lü­yün­də çox ma­raq­lı olan sə­bəb­lə­rin bir his­sə­si mü­a­sir müs­tə­qil Azrbay­can döv­lə­ti­nin re­gi­o­nal və dün­ya si­ya­sə­tin­də­ki san­bal­lı möv­qe­yi ilə bağ­lı­dır. Baş­qa his­sə­si Cə­nu­bi Qaf­qa­zın də­rin ge­o­si­ya­si rə­qa­bət­lə xa­rak­te­ri­zə olu­nan ABŞ – Ru­si­ya mü­na­si­bət­lə­rin­də­ki xü­su­si­lə ma­raq­lı re­gi­on sta­tu­sun­dan irə­li gə­lir. Dün­ya nə­hənglə­ri­nin prin­si­pi­al və mən­tiq­li Ba­kı se­çi­mi­nin ger­çək­ləş­mə­si­nin di­gər qrup sə­bəb­lə­ri isə Pre­zi­dent İl­ham Əli­ye­vin döv­lət baş­çı­la­rı ara­sın­da­kı ağır si­ya­si çə­ki­si, onun xa­riz­ma­sı­nı və av­to­ri­te­ti­ni tə­yin edən şəx­si xa­rak­ter key­fiy­yət­lə­ri­lə bağ­lı­dır.
Be­lə­lik­lə, ABŞ və Ru­si­ya­nın “Ni­yə məhz Ba­kı” se­çi­mi ət­ra­fın­da araş­dır­ma­la­rın şər­ti ola­raq üç qrup sə­bəb­lər üzə­rin­də apa­rıl­ma­sı da­ha re­al və mən­tiq­li gö­rü­nür.
Bi­rin­ci qrup sə­bəb­lər Azər­bay­can döv­lə­ti­nin bey­nəl­xalq və re­gi­o­nal müs­tə­vi­də an­la­yış­la qə­bul olu­nan, müs­tə­qil, konstruk­tiv, ay­dın və kim­də­sə qı­cıq ya­rat­ma­yan, kim­lə­ri­sə bir-bi­ri­lə toq­quş­dur­ma­yan prin­si­pi­al si­ya­sət apar­ma­sı­dır.
İkin­ci qrup sə­bəb­lər – cə­nab İl­ham Əli­yev dün­ya li­der­lə­ri ara­sın­da yük­sək şəx­si nü­fu­za ma­lik­dir, re­gi­o­nal və dün­ya si­ya­sə­ti­nin bü­tün mə­sə­lə­lə­ri­ni “sə­bəb-nə­ti­cə” kon­tekstin­də tam ay­dın izah edə­rək, bu­na uy­ğun prak­tik dav­ra­nış­lar gös­tə­rir, dün­ya li­der­lə­ri ara­sın­da şəx­si ün­siy­yət­lə­rin bey­nəl­xalq mü­na­si­bət­lər­də nə qə­dər önəm­li ol­ma­sı­na la­zı­mi qiy­mət ve­rə bi­lir, şəx­si ün­siy­yət üçün ra­hat xa­rak­te­rə ma­lik­dir, öz si­ya­si ri­to­ri­ka­sı­na bü­tün si­tu­a­si­ya­lar­da tam nə­za­rət edə bi­lir, ha­di­sə­lə­rə ma­hiy­yət­li ya­na­şa bi­lir, öz öl­kə­si­nin mil­li ma­raq­la­rı­nı re­gi­o­nal və qlo­bal pro­ses­lər­lə bə­şə­riy­yə­tin mə­na­fe­lə­ri na­mi­nə mak­si­mum uz­laş­dı­ra bi­lir, eru­di­si­ya­lı şəx­siy­yət­dir (tək­cə öz döv­lə­ti­ni – onu da ala­ya­rım­çıq və bö­yük zi­yan­lar­la ida­rə edən Sar­kis­yan ki­mi­lər­dən çox fərqli ola­raq) və sa­ir.
Üçün­cü qrup sə­bəb­lər – Cə­nu­bi Qaf­qaz ABŞ – Ru­si­ya mü­na­si­bət­lə­rin­də dün­ya­nın xü­su­si əhə­miy­yət­li azı 6 ge­o­si­ya­si re­gi­o­nun­dan bi­ri­dir.
Elə so­nun­cu­dan baş­la­yaq. Cə­nu­bi Qaf­qaz həm ge­o­si­ya­si va­hid, həm də üç döv­lə­tin əra­zi­sin­dən iba­rət coğ­ra­fi mə­kan ki­mi əsa­sən 1991-ci il­dən ABŞ – Ru­si­ya mü­na­si­bət­lə­rin­də açıq və ye­ni rə­qa­bət mey­da­nı ki­mi özü­nü gös­tər­mə­yə baş­la­yıb. ABŞ və Ru­si­ya­nın nə­zə­rin­də Cə­nu­bi Qaf­qa­zın xü­su­si önə­mi öz ye­rin­də, onu bu önə­mə “min­di­rən” isə, mü­ba­hi­sə­siz, Azər­bay­can­dır – əhə­miy­yət­li ge­o­si­ya­si möv­qe­yi ilə, zən­gin tə­bii sər­vət­lə­ri ilə, öl­kə­ni ən si­vil bey­nəl­xalq və re­gi­o­nal pro­ses­lə­rin sə­mə­rə­li tə­mas mey­da­nı­na çe­vi­rə bi­lən ağıl­lı li­der­lə­ri ilə… Er­mə­nis­tan və Gür­cüs­tan be­lə gös­tə­ri­ci­lə­rə, ən yum­şaq şə­kil­də de­sək, ma­lik de­yil­lər, de­yi­lən sta­tus gös­tə­ri­ci­lə­ri­nin ha­mı­sı ey­ni vaxtda on­lar­da yox­du. Bir an­lı­ğa üç öl­kə­nin tə­bii sər­vət­lə­rə ma­lik ol­maq gös­tə­ri­ci­si­ni kə­na­ra qo­yaq və di­gər amil­lər­lə on­la­rın re­gi­o­nal və dün­ya si­ya­sə­tin­də­ki imic və tə­sir­lə­ri­ni mü­qa­yi­sə edək. Məhz ağıl­lı və uzaq­gö­rən li­der­lə­rin yox­lu­ğu üzün­dən müs­tə­qil döv­lət­çi­lik ta­ri­xi­nə tə­ca­vüz­kar si­ya­sə­tin do­ğur­du­ğu ağır nə­ti­cə­lər­lə baş­la­yan Er­mə­nis­tan son­da acı­na­caq­lı da­xi­li du­ru­ma və fak­ti­ki baş­qa döv­lət­dən ası­lı və­ziy­yə­tə dü­şüb. Hət­ta sırf özü­nün da­xi­li si­ya­sət mə­sə­lə­lə­ri­ni baş­qa döv­lə­tin zövq və is­tə­yi ilə mü­əy­yən edir. Qon­şu­la­rı­na aq­res­siv və əsas­sız id­di­a­lar­la ya­naş­ma üzün­dən sülh üçün təh­lü­kə mən­bə­yi­nə, üs­tə­lik baş­qa döv­lə­tin mü­ba­hi­sə­siz əlal­tı­sı­na çev­ri­lən bir “döv­lə­tin” pay­tax­tı iki dün­ya nə­hənglə­ri­nin gö­rüş ye­ri ki­mi, tə­bii ki, cəl­be­di­ci ola bil­məz­di. Cə­nu­bi Qaf­qaz ki­mi spe­si­fik böl­gə üçün heç məq­bul sa­yıl­ma­yan si­ya­si stra­te­gi­ya ola­raq iki qütb ara­sın­da qə­ti se­çim et­miş Gür­cüs­tan pay­tax­tı da be­lə gö­rüş­lər üçün hər iki tə­rə­fin məq­bul se­çi­mi ola bil­məz­di. Da­ha açıq de­sək, İrə­van­dan­sa Moskva­da, Tif­lis­dən­sə Va­şinqton­da gö­rüş­mə­yin məz­mun­ca han­sı fər­qi var ki… An­caq bu va­ri­antlar konkret şə­ra­it­də məq­bul və müm­kün ola bil­məz­di.

De­mək, ABŞ və Ru­si­ya hər­bi rəh­bər­li­yi­nin gö­rüş üçün məhz Ba­kı­ya gəl­mə­lə­ri bu re­gi­on­da Azər­bay­ca­nın əla se­çi­mi olan tə­ma­yül­süz və ha­lal ta­ri­xi haq­qa söy­kə­nən xa­ri­ci si­ya­sət kur­su ilə ilk növ­bə­də bir­ba­şa bağ­lı­dır. Se­çim edən ABŞ və Ru­si­ya hər­bi rəh­bər­li­yi Ba­kı­nın, di­gər re­gi­o­nal pay­taxtlar­la mü­qa­yi­sə­də da­ha möh­kəm təh­lü­kə­siz­lik gös­tə­ri­ci­lə­ri­nə və say­sız bey­nəl­xalq təd­bir­lə­ri uğur­la ke­çir­mək təc­rü­bə­si­nə ma­lik ol­du­ğu­nu, söz­süz ki, nə­zə­rə alıb. Ən in­cə mət­ləb­lər­dən bi­ri bu­dur ki, Azər­bay­can hə­lə mər­hum pre­zi­dent Hey­dər Əli­ye­vin döv­rün­dən baş­la­yan, in­di də da­vam et­di­ri­lən si­ya­si kursla ge­də­rək, ge­o­si­ya­si rə­qa­bət­də dün­ya­nın ABŞ və Ru­si­ya ki­mi iki nə­hən­gi­ni açıq şə­kil­də toq­quş­du­ran bir­cə ad­dım da at­ma­yıb. Hal­bu­ki, Hey­dər Əli­yev­dən əv­vəl­ki ha­ki­miy­yət bir az da qal­say­dı, bu toq­quş­ma la­büd ola­caq­dı. Ne­cə ki, 2008-ci il­də Sa­a­kaş­vi­li Gür­cüs­tan­da on­la­rı açıq hərb mey­da­nı­nın bir­cə ad­dım­lı­ğı­na gə­tir­miş­di. Elə bi­lir­si­niz ki, ABŞ və Ru­si­ya rəh­bər­li­yi on­la­rı Gür­cüs­tan­da, Er­mə­nis­tan­da, Azər­bay­can­da açıq toq­quş­ma­ya çə­kən rəh­bər­lər­dən məm­nun qa­la bi­lər? Qə­tiy­yən… On­lar üçün ən məq­bul li­der heç bir ka­tak­liz­mə yol aç­ma­dan toq­qu­şa bi­lə­cək ma­raq­la­rı in­cə şə­kil­də tən­zim­lə­yən, toq­quş­ma­dan ya­yın­dı­ran, bu­nun­la həm böl­gə­ni, həm də dün­ya­nı lü­zum­suz hər­bi toq­quş­ma­lar­dan xi­las edə bi­lən öl­kə baş­çı­la­rı­dır.

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin döv­lət­çi­lik fə­a­liy­yə­tin­də özü­nü gös­tə­rən bu tə­za­hür­lər Ba­kı se­çi­mi­ni et­miş ABŞ və Ru­si­ya rəh­bər­lə­ri­nin nə­zə­rin­dən, söz­süz ki, qaç­ma­yıb. ABŞ və Ru­si­ya­nın çox kəs­kin konflik­tə get­dik­lə­ri Su­ri­ya mü­na­qi­şə­si­nə və İra­nın nü­və proq­ra­mı­na mü­na­si­bət­də İl­ham Əli­ye­vin in­cə və perspek­tiv­li möv­qe­yi­ni son­ra­dan ha­mı gör­dü. Hər iki mə­sə­lə­də in­di­kin­dən fərqli si­ya­sət apa­rıl­say­dı, ABŞ-Azər­bay­can-Ru­si­ya üç­tə­rəf­li mü­na­si­bət­lər müs­tə­vi­sin­də pis mə­na­da çox şey­lə­rin in­di­ki ki­mi ol­ma­ya­ca­ğı­na ha­mı də­rin­dən tə­əs­süf edər­di. Ba­kı se­çi­mi­nin ger­çək­ləş­mə­sin­də Pre­zi­dent İl­ham Əli­ye­vin bu ana­dək apar­dı­ğı ba­rış­dı­rı­cı və da­ha çox po­zi­tiv perspek­tiv­lə­rə iş­lə­yən dip­lo­ma­ti­ya­nın həl­le­di­ci ro­lu şək­siz­dir. Qə­dim İpək yo­lu üzə­rin­də “də­mir nəq­liy­yat və ener­ji” kör­pü­sü la­yi­hə­si­ni uğur­la hə­ya­ta ke­çi­rə­rək Qər­bin fi­ra­van­lı­ğı­na və sta­bil in­ki­şa­fı­na ar­dı­cıl töh­fə­si­ni ve­rən Azər­bay­can pay­tax­tı heç bir prin­si­pi­al se­çim­dən kə­nar­da qa­la bil­məz. Həm də söh­bət tək­cə Qər­bin və Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yin­də sə­mə­rə­li iş­ti­rak­la məh­dud­laş­mır. Bir vaxtlar dün­ya ter­ro­ru­nun mə­ka­nı sa­yı­lan Əf­qa­nıs­tan­da ABŞ və Ru­si­ya­nın bir­gə an­ti­ter­ror əmə­liy­yat­la­rı­na lo­gis­tik və hər­bi dəs­tək ve­ril­mə­sin­də də Azər­bay­can önəm­li rol oy­na­dı. Tür­ki­yə-Ru­si­ya mü­na­si­bət­lə­ri­nin ən böh­ran­lı şka­la­dan çıx­ma­sın­da Azər­bay­can Pre­zi­den­ti­nin şəx­si av­to­ri­te­ti­nin nə qə­dər tə­sir­li ol­du­ğu­nu Pu­tin də, Tramp da bi­lir.
Ba­kı gö­rü­şü­nün məz­mu­nu tam açıq­lan­ma­dı­ğı­na gö­rə, Hey­dər Əli­yev Mər­kə­zin­də baş tut­muş gö­rü­şə hə­lə­lik “ya­rım­qa­pa­lı” de­mək məc­bu­riy­yə­tin­də­yik. An­caq gö­rüş­dən qa­baq Pen­ta­qon və Kremldən ve­ril­miş bir-iki cüm­lə­lik son də­rə­cə dip­lo­ma­tik lek­si­kon­lu açıq­la­ma­lar təx­mi­nən ey­ni məz­mu­na ma­lik­dir. De­mək, dün­ya­nın ən təh­lü­kə­li sa­yı­lan Su­ri­ya, İraq, Əf­qa­nıs­tan və sa­ir prob­lem­lə­ri­nin həl­li yo­lun­da zə­ru­ri olan da­ha də­qiq iş­bir­li­yi Ba­kı­da – Azər­bay­can Pre­zi­den­ti­nin “evin­də” mü­za­ki­rə olu­nur. Bu o de­mək­dir ki, Azər­bay­ca­nın ba­lanslı xa­ri­ci si­ya­sə­ti­ni hər iki tə­rəf ba­şa dü­şür və qə­bul edir, ən mü­hüm bey­nəl­xalq la­yi­hə­lə­rin və zid­diy­yət­lə­rin həl­lin­də Azər­bay­can Pre­zi­den­ti­nin tə­şəb­büs­kar­lı­ğı­na və ori­ji­nal ide­ya­la­rı­na hör­mət qo­yu­lur, Azər­bay­can­da­kı sa­bit­li­yə önəm ve­ri­lir, Tramp və Pu­tin üçün İl­ham Əli­ye­vin eti­bar­lı tə­rəf­daş ol­ma­sı özü­nü gös­tə­rir, ba­şa dü­şür­lər ki, NA­TO və KTMT ki­mi bir-bi­ri­nə tam zidd olan iki blo­kun ara­sın­da Azər­bay­can-NA­TO-KTMT ma­raq­la­rı­nı mə­ha­rət­lə uz­laş­dı­ran bir li­de­rin “evin­də” ən cid­di bey­nəl­xalq prob­lem­lə­ri ra­hat­ca mü­za­ki­rə və həll et­mək olar. Oba­ma­nın son pre­zi­dentlik döv­rün­dən ABŞ-Ru­si­ya mü­na­si­bət­lə­ri­nə han­sı mi­ras qa­lıb? Hər­bi ri­to­ri­ka mü­ha­ri­bə ha­va­sı­na kök­lə­nib, Bal­tik­ya­nı öl­kə­lər­də və Pol­şa­da ABŞ ra­ket­lə­ri, Ka­li­ninqrad­da “İs­gən­dər”lər yer­ləş­di­ri­lir. ABŞ-İran mü­na­si­bət­lə­ri ye­ni­dən “buz bağ­la­yır”, İra­na qar­şı hət­ta han­sı­sa hər­bi “Ərəb blo­ku”nun ya­ra­dıl­ma­sı ba­rə­də söh­bət­lər ge­dir, Su­ri­ya sə­ma­sın­da hər­bi təy­ya­rə­lər bir-bi­ri­lə toq­quş­ma­sın de­yə adi ra­di­o­ə­la­qə sə­viy­yə­sin­də hər­bi əmək­daş­lı­ğı nə­zə­rə al­ma­saq, ABŞ və Ru­si­ya rəh­bər­li­yi Ba­kı­ya az qa­la “mü­ha­ri­bə ərə­fə­si” ov­qat­la gə­lib­lər. Söz yox ki, bu gö­rüş­dən son­ra ov­qat də­yi­şə­cək, ABŞ və Ru­si­ya hər­bi baş­qa­la­şa­caq, Ba­kı dün­ya­nın iki su­per­gü­cü­nün 1961-ci il­də­ki qor­xu­lu Ka­rib böh­ra­nın­dan son­ra ikin­ci hər­bi gər­gin­lik­dən is­ti ün­siy­yə­tə qa­yıt­ma­sı­na şa­hid­lik et­miş şə­hər ki­mi, həm də Tramp və Pu­ti­nin xü­su­si xa­tır­la­ya­caq­la­rı şə­hər ki­mi ta­nı­na­caq… Ye­ni dün­ya dü­zə­ni Ba­kı­dan baş­la­yır…
Ay­dın QU­Lİ­YEV

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın