Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / “Prokurorluq bu həbsləri çoxdan aparmalı idi” – “Bəzi məmurlar o dərəcədə “çaşıb” ki…”

“Prokurorluq bu həbsləri çoxdan aparmalı idi” – “Bəzi məmurlar o dərəcədə “çaşıb” ki…”

Cümşüd Nuriyev: “DTX-nın başlatdığını Baş Prokurorluq uğurla davam etdirməkdədir”

Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun Abşeron Rayon İcra Hakimiyyətində həyata keçirdiyi əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs həbs edilib. Buna səbəb həmin şəxslərin vətəndaşlardan rüşvət alması ilə bağlı əsaslı şübhələrin olmasıdır.

Bununla bağlı Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Baş Prokurorluğun atdığı bu addımı dəstəklədiyini vurğuladı:

“Əslində prokurorluq bunu çoxdan etməli idi. Çünki prokurorluq orqanları bilavasitə qanunların icrasına nəzarət mexanizmini həyata keçirən bir orqandır. Cənab prezidentin göstərişindən sonra islahatlar başladı. DTX bunu başladıb, Baş Prokurorluq isə bunu uğurla davam etdirir.

İdarəetmə orqanlarında həddindən artıq özbaşınalıq formalaşıb. Bir cəzasızlıq mühiti yaranıb. Bunlara elə gəlir ki, hər biri yeriyən qanundur. Bunlar o dərəcədə “çaşıblar”.

Cəzasızlıq olan yerdə dövlətin dayaqları sarsılır. Islhatların aaprılması gözəl bir şeydir. Zaman-zaman buna müraciət olunub. Lakin medianın yazdıqlarından belə anlaşılır ki, hələ də icra strrukturlarının 70%-i baş verənlərədn  nəticə çıxarmayıb. Onlar bir növ gizli fəaliyyyətə keçiblər. Əhalidən bunu gizlətmək olmur. Əhali hər şeyi yaxşı görür, yaxşı bilir.

Mən həm DTX-ya, həm də Baş Prokurorluğa öz fəaliyyətində uğurlar arzulayır, digər güc orqanlarını da bu yöndəki fəaliyyətini gücləndirməyə səsləyirəm”.

Həmçinin oxuyun

İran Ermənistanın PUA-sını vurdu

İran öz dövlət sərhədlərini pozan Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) vurub. Bildirilir ki, səhər …