Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Prokurorluq binasında ölən şəxs keçmiş prokurorluq işçisi imiş…

Prokurorluq binasında ölən şəxs keçmiş prokurorluq işçisi imiş…

Səbayel Rayon Prokurorluğunun yerləşdiyi binada vəfat edən şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, bu gün səhər saatlarında Səbayel Rayon Prokurorluğunun yerləşdiyi binada vəfat edən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, təqaüddə olan, sabiq prokurorluq əməkdaşı Qurbanov Rasim Əjdər oğludur.

*     *     * 14:00

Baş Prokurorluq Səbayel Rayon Prokurorluğunda baş verən ölüm hadisəsinə aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də Səbayel Rayon Prokurorluğunun inzibati binasında guya prokurorluğun əməkdaşının yıxılaraq vəfat etməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir: “Vəfat edən şəxs prokurorluq əməkdaşı deyil”.

E. Sultanovun sözlərinə görə, Səbayel Rayon Prokurorluğu və daha 10-a yaxın şirkətin yerləşdiyi binanın pilləkən qəfəsində mülki vətəndaşın yıxılaraq vəfat etməsi ilə bağlı dərhal hadisə yerinə məhkəmə-tibbi ekspertləri dəvət edilib. İlkin müayinə zamanı həmin şəxsin ürək tutmasından vəfat etdiyi müəyyənləşib. Bu barədə mərhumun yaxınları məlumatlandırılıb və meyit onlara təhvil verilib: “Qohumlarının dediyinə görə, mərhum uzun müddətdir, ürək-damar çatışmazlığından əziyyət çəkirmiş”.

*    *      * 12:56

Bakıda prokurorluq binasında ölüm olub.

Milli.az xəbər verir ki, Səbayel Rayon Prokurorluğunun əməkdaşı, böyük müstəntiq Allahyar Əliyevin köməkçisi dünyasını dəyişib. O, liftdən çıxaraq prokurorluğa daxil olmaq istəyərkən yıxılıb. Təcili yardım çağırılsa da, artıq gec olub.

Saytın əməkdaşı hadisə yerində çəkiliş apararkən prokurorluq işçiləri ona təzyiq göstəriblər. Şəkillərin telefondan silinməsinə çalışıblar.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın