Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Prokurorlar “Siyasi işlər”ə baxmaqdan imtina edir – Ermənistanda güc qurumları da qiyama başlayıb

Prokurorlar “Siyasi işlər”ə baxmaqdan imtina edir – Ermənistanda güc qurumları da qiyama başlayıb

Ermənistanda bəzi prokurorlar son günlər başlayan cinayət işlərinin araşdırılmasında iştirakdan imtina edirlər.

Bunu “Qraparak” yazıb.

Məqalədə qeyd olunub ki, bəzi prokurorlar gec-tez həmin cinayət işlərinin siyasi təqib olacağının aşkarlanacağını başa düşürlər.

“Ermənistanın baş prokuroru Artur Davtyan özünə sədaqətli adamlardan ibarət qrup yaradıb. Qrupun tərkibinə baş prokurorun müavini Gevork Baqdasaryan, Kotaykın prokuroru Petros Petrosyan, Baş Prokurorluğun Hüquqi nəzarət bölməsinin rəisi Arsen Martirosyan daxildir. Onlar siyasi xarakterli işlərə baxmaqdan imtina edən prokurorların səlahiyyətlərini öz üzərinə götürəcəklər. Gevork Baqdasaryanın Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlanması ilə bağlı məhkəməyə təqdim olunan işin baxış prosesində iştirak etməsi buna sübutdur”, – qəzet bildirib.

Ermənistanda prokurorların siyasi motivli cinayət işlərini araşdırmaqdan imtina etməsi “qiyam” kimi dəyərləndirilir/Report.

Həmçinin oxuyun

Türkiyə Ordusu Azərbaycana nə vaxt gəlir? – AÇIQLAMA

“Azərbaycanın Qarabağdakı zəfərinin ardından gözlər Türkiyə-Rusiya ortaq nəzarət məntəqəsinin yaradılmasına çevrilib. Türkiyə Milli Müdafiə Nazirliyi …