Bazar ertəsi , Sentyabr 20 2021
Ana səhifə / Aktual / Professor Vaqif Abdullayevin Mehriban Əliyeva haqqında yazdığı yeni kitabın təqdimatı oldu – Fotolar

Professor Vaqif Abdullayevin Mehriban Əliyeva haqqında yazdığı yeni kitabın təqdimatı oldu – Fotolar

Atatürk Mərkəzində sabiq millət vəkili və keçmiş icra başçısı, siyasi elmlər doktoru Vaqif Abdullayevin Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım Mehriban Əliyevaya həsr olunmuş “Humanizmin Azərbaycan simvolu” kitabının təqdimat mərasimi başlayıb.

Etikxeber.az xəbər verir ki, təqdimat mərasimində kitabın müəllifi ilə yanaşı, bəzi keçmiş və indiki millət vəkilləri-Nizami Cəfərov, Sahib Alıyev, Ramin Məmmədov, Mixail Zabelin, Çingiz Qənizadə, Xeydrəddin Qoca, o cümlədən tanınmış ziyalılar, KİV nümayəndələri iştirak edirlər.

Təqdimat mərasimini millət vəkili, akademik Nizami Cəfərov aparır.

11:07

***

Akademik Nizami Cəfərov sözügedən kitabı yüksək dəyərləndirərək bildirib ki, Vaqif Abullayevin bundan öncə də Mehriban Əliyevaya həsr olunmuş kitabı işıq üzü görüb və onun həm Azərbaycanda, həm də Gürcüstanda geniş təqdimatı keçirilib.

“Vaqif müəllimin Mehriban xanım haqqındakı “Azərbaycanın mehriban siması” kitabının bu yaxınlarda qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərində gürcü dilində olan variantının təqdimatı keçirildi. Təqdimat çox uğurlu oldu”-deyən millət vəkili, ümumiyyətlə, dünyada Birinci xanım istitutunun mövcud olduğunu, ancaq Mehriban Əliyevanın timsalında bu institutun daha yüksək keyfiyyət mərhələsi yaşadığını dilə gətirib.

“Dünyada Birinci xanım insitututu yeni deyil, çoxdan mövcuddir. Amma Mehriban xanımın simasında, timsalında Birinci xanım institutu bu gün özünün daha yüksək keyfiyyət mərhələsini yaşayır. Vaqif müəllimin kitabında da məhz bu məziyyətlərdən bəhs olunur”-deyə, N. Cəfərov əlavə edib.

Sabiq deputat Çingiz Qənizadə V. Abdullayevin adıçəkilən kitab üzərində böyük zəhmət çəkdiyini, onun ərsəyə gəlməsi üçün uzunmüddətli geniş apaşdırmalar apardığını söyləyib.

Qeyd edib ki, kitabda 30-dan çox mənbədən istifadə edilib.

Onun sözlərinə görə, kitab 5 fəsildən ibarətdir ki, orada da M. Əliyevanın dərin və geniş məzmunlu, çoxşaxəli fəaliyyətinə toxunulub, həmçinin, Birinci xanımın fəaliyyətinin görünməyən tərəflərinə işıq tutulub.

Millət vəkili Mixail Zabelin də kitabı yüksək qiymətləndirərək, Azərbaycan-Rusiya, Rusaiya Azərbaycan münasibətlərinin yüksək səviyyəyə çatmasında M. Əliyevanın rolu və fəaliyyətindən bəhs edib.

O, M. Əliyevanın 2019-cu ildə Rusiyaya yüksək səviyyəli səfərinə toxunaraq, bunun iki ölkə arasında münasibətlərə müsbət töhfə və növbəti təkan verdiyini söyləyib.

Millət vəkili Sahib Alıyev öz növbəsində M. Əliyevanın timsalında “yumşaq güc potensial”nın “zərif güc potensialı” və “ağllı güc potensialı”ilə əvəzləndiyini, bunun Azərbaycvan hər mənada uğur gətirdiyini vurğulayıb.

Bildirib ki, məhz “ağıllı güc potensialı”nın nəticəsidir ki, 44 günlük İkinci Vətən Müharibəsinin nəticələrini, tarixi Qələbəmizi dünyanın əsas güc mərkəzləri qəbul etmək, onunla hesablaşmaq məcburiyyətində qaldı.

S. Alıyevin eyni zamanda dediyinə görə, çox təəssüflər olsun ki, Ermənistan-Azərbaycan münaqişəsini Qərbin, Avropanın bir çox aparıcı dövlətləri sivilizasiyalararası toqquşmanın bir elementi, müsəlman-xristian münaqişəsi kimi qələmə verməyə çalışrdılar:

“Ancaq Mehriban xanım illərlə apardığı fəaliyyət, bir çox Avropa ölkələri ilə qarşılıqlı təmasları, mədəniyyətlərarası, sivilizasiyalararası dialoqa verdiyi töhfələr bu qoxulu, mənfi yanaşma və qiymətləndirməni aradan qaldırdı”. 

Sonra millət vəkili V. Abdullayevin “Azərbaycanın mehriban siması” kitabının gürcü dilində olan variantının təqdimatında Gürcüstanın tanınmış tarixçilərindən, akademiklərindən birinin səsləndirdiyi ifadəni xatırladıb.

“Gürcü tarixçisi, gürcü akademik bildirdi ki, Mehriban xanım bütövlükdə Cənubi Qafqazın Birinci xanımıdır. Bu, elə-belə dəyərləndirmə deyil. Artıq hamı Mehriban xanımın timsalında Birinci xanım institutunun tamam yeni məzmun daşıdığını, yeni keyfiyyət mərhələsi yaşadığını etiraf edir və bizim də bu reallığı qəbul etməmək kimi bir şansımız yoxdur. Özü də Mehriban xanım nəinki Cənubi Qafqazın, bütövlükdə Qafqazın Birinci xanımıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Millət vəkili Ramin Məmmədov deyilənlərə qoşularaq, belə bir kitabı ərsəyə gətirdiyi üçün müəllifə öz təşəkkürünü bildirib.

Qeyd edib ki, M. Əliyevanın fəaliyyəti elə bir fəaliyyətdir ki, hər bir anı qiymətləndirilməli, dəyərləndirilməlidir.

Sabiq deputat Xeyrəddin Qoca Azərbaycan xalıqının, sıravi, sadə insanların M. Əliyevin ürəkdən sevdiyini və onun fəaliyyətinə daim yüksək dəyər verdiyini söyləyib:

“Hamımız Mehriban xanımı sevirik. Onun haqqında nəinki bir və ya bir neçə kitab, ümumiyyətlə, cild-cild kitablar yazılmalıdır, çox güman ki, yazılacaq”.

Təqdimat mərasimində həmçinin “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas“Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və digər iştirakçılar çıxış ediblər.

12:59

***

Sonda kitabın müəllifi V. Abdullayev çıxış edib və təqdimat mərasiminə toplaşanlara öz minnətdarlığını bildirib.

“Müəllifi olduğum “Humanizmin Azərbaycan Simvolu” kitabım capdan çıxmışdır. Kitabda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmzidə və dünyanın müxtəlif dövlətlərində həyata keçirdiyi misilsiz humanitar layihələrdən, planetar təfəkkürlü qadın lider kimi Azərbaycan qadınının hörmət və nüfuzunun artmasında rolundan və dövlətimizin əldə etdiyi uğurlara verdiyi sanballı töhfələrdən bəhs edilir.Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə ən böyük dəstək verən Mehriban Əliyevanın xidmətləri misilsizdir.Mehriban xanım Əliyevanın çoxşaxəli zəngin humanizm missiyası Azərbaycanla müxtəlif ölkələr arasında mədəni-humanitar və ictimai-siyasi əlaqələrin inkişafına dərin zəngin töhfələr verməklə bugünkü dost və strateji münasibətlərin möhkəmlənməsində mühüm rol oynamaqdadır.

Onun rəhbəri olduğu Heydər Əliyev Fondu beynəlxalq ictimaiyyətdə, Şərq və Qərb cəmiyyətində xeyirxahlıq və humanizmin simvolu kimi qiymətləndirilir. Fondun Avropa, Asiya, Afrika, Yaxın Şərq regionlarında elm, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr minlərlə insanın həyatında dərin izlər buraxmışdır. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti görə. UNESCO və ICESCO-nun Xoşməramlı səfiri kimi yüksək statusu qazanmasında mühüm rol oynamışdır. Bu, həm də Azərbaycan qadınının böyük uğurudur. 44 günlük Vətən müharibəsində düşmən üzərində böyük Zəfərin qazanılmasında Müzəffər Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin ən yaxın silahdaşı kimi Mehriban Əliyevanın da əvəzolunmaz xidmətləri var”-deyə, V. Abullayev sonra bildirib.

Həmçinin oxuyun

Maduroya Bakıda zümrüd qaşlı üzüyü kim bağışlayıb?

Bu günlərdə Meksikanın paytaxtı Mexikoda Latın Amerikası və Karib hövzəsi ölkələrinin (ABŞ, Kanada və Braziliya …