Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Professor gəlinini məhkəməyə verdi – Səbəb

Professor gəlinini məhkəməyə verdi – Səbəb

Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Qasımov Himalay Ənvər oğlunun gəlini ilə məhkəmə çəkişməsi davam edir. 

Azinforum.az – ın Yenisabah.az-a istinadən  məlumatına görə, aprel ayının 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşən Kazımovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək. İddiaçı olan Himalay Qasımov ilkin tələb kimi gəlini Qasımova Fatma Xəlil qızına kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılmasını qoyub. 

Professor “Yenisabah”a verdiyi açıqlamada bildirib ki, gəlini ilə məhkəmə çəkişməsi 3 ilə yaxındı davam edir: “2008-ci ildə oğlum ciyər xəstəliyindən vəfat etdi. Binəqədi rayonunda yerləşən 3 otaqlı mənzilin orderi mənim adımadı. Orderdə həyat yoldaşım Qasımova Elmira Canəhməd qızının, qızım Qasımova Şəbinə Himalay qızının və rəhmətə gedən oğlumun adı var. Ancaq gəlinim Fatma həmin evə qeydiyyatdadır. Məhkəmə qərar çıxarıb ki, gəlinimə 20 min manat təzminat verməklə mənzili tərk etsin, ancaq o razılaşmır. Məndə ilkin iddiaçı kimi təmirə çəkilən xərclərin və üzvlük haqqının qaytarılması, borcun tutulması tələbinə dair qarşılıqlı iddia qaldırmışam”. Qeyd edək ki, Qasımov Himalay Ənvər oğlu Azərbaycan Pedaqoji Universitetində kafedra müdiri işləyib, 30 ildir professordu, YAP-ın Universitet təşkilatının sədridir. Həmçinin hazırda Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvüdür. 

Azər İsrafilov

Professor gəlinini məhkəməyə verdi  – Səbəb

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …