Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Prodüser Təranənin ölkədən çıxmasına qadağa qoyulub

Prodüser Təranənin ölkədən çıxmasına qadağa qoyulub

Prodüser Təranə Səmədovanın Azərbaycandan çıxışına qadağa qoyulub.

Bu haqda prodüser musavat.com saytının suallarına cavab verərkən deyib.

O, bildirib ki, bu qadağanın səbəbi banklardan birinə borcu olmasıdır: “2 günlük Naxçıvana istirahətə getdim. Oraları bir qəribə sevirəm. Əslim Tovuzdan olsa da, Naxçıvanı sevirəm. Əslində, Azərbaycandan çıxışıma qadağa qoyulub. Ona görə də təyyarəyə minib qurdumu öldürdüm. Belə deyim də, insanın bəzən tanınmağı müsbət haldır, ona məşhurluğu kömək olur. Müəyyən hallarda isə hansısa bir səlahiyyət sahibləri tanınmış insan ona tabe olmayanda, öz hüquqlarını yaxşı biləndə, necəsə pislik etmək istəyirlər. Amma əslində bilmir ki, o pisliyi mən ona etdim. Bir banka gecikməm var, işim məhkəmə prosesindədir. O pulu aparıb verəcəyəm. Sadəcə olaraq icraçı mənə qarşı bir az hörmətsizlik etdi. Mən də onunla baş-başa gəldim. Mənə nə edə biləcək ki, maksimum Azərbaycandan çıxışıma qadağa qoya bilər. O pulu ödəyəndən sonra da bu qadağa götürüləcək. 3-4 aydır ki, ölkədən çıxa bilmirəm. Canım sağ olsun, pul bizi qazanmır, biz pulu qazanırıq. Bir az əziyyət çəkib, daha çox işləyib həmin borcu ödəyəcəyəm. Həyat davam edir. Hamımızın qarşısına iki yol çıxır: yaxşı və pis. Yaxşılığı etmək mümkün olduğu halda, pisliyi edirlər”.

– Devalvasiyadan və Vergilər Nazirliyinin sıxışdırmasından sonra məşhurlar xarici ölkələrdə istirahətlərini gizlədirlər…

– Mən həyatımı açıq kartla oynayıram. Bəzi sənətçilər gizlədir, mən onlardan deyiləm. Düzünü deyim ki, sənətçilər əvvəlki kimi qazanmır, 50%-i artıq xaricdə istirahət edə bilmir. Bizim sahədə də vəziyyət çətinləşib.

– Metroda iki gəncin səmimi olması neçə gün müzakirə olundu. Siz də açıqlama verdiniz ki, qızımı küçədə öpüşən görsəm, özümü öldürərəm. Qızınıza hansı məsləhətlər verirsiniz?

– Mən həmişə qızıma demişəm ki, böyüyəndə üzümə ağ olsan, verdiyim tərbiyədən kənara çıxsan, səni övladlıqdan silərəm. Tərbiyəsizliyə dözə bilmirəm. Mən qızımı ağıllı böyütməyə çalışıram. Allah məni çox sınağa çəkib, əziyyətlər çəkmişəm. Hələ qızım uşaqdır, böyük danışmaq istəmirəm. Onu deyə bilərəm ki, Allah məni övladla mükafatlandırıb.

– Sizi serialda gördük. Filmdə necə görə biləcəyikmi?

– Mənim aktrisalığımı bəyənirlər. “Eks bacanaqlar” serialında çəkiləndən sonra yaxşı reaksiyalar aldım. Maraqlı film təklifi alsam, çəkiləcəyəm.

 

Həmçinin oxuyun

UEFA-nın 70 nümayəndəsi eyni vaxtda Bakıda

2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanışlıq məqsədilə avqustun …

Bir cavab yazın