Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Aktual / Priqojinin ikinci təyyarəsi Bakıya enib?

Priqojinin ikinci təyyarəsi Bakıya enib?

“Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojinə aid edilən, nömrəsi RA-02748 olan “Embraer ERJ-135BJ Legacy 650” özəl biznes reaktiv təyyarəsi avqustun 24-də Moskva aeroportundan havaya qalxaraq Bakıda eniş edib.

Bu barədə Rusiya mətbuatı “Flightradar” uçuş izləmə xidmətinin məlumatlarına istinad edib.

“Flightradar”ın məlumatına görə, təyyarə Moskvanın Vnukovo hava limanından saat 15:30-da havaya qalxıb və saat 19:04-də Azərbaycanın paytaxtı Heydər Əliyev hava limanına enib.

Avqustun 23-də bu təyyarə Priqojin olduğu başqa bir “Embraer Legacy” təyyarəsinin qəzaya uğradığı zaman havada olub. O, Moskvadan Sankt-Peterburqa uçub, lakin sonra geri qayıdaraq Moskvanın üzərində dövrə vurub. Bu biznes təyyarəsində kimin olduğu bilinmir, lakin o, PMC rəhbəri tərəfindən icarəyə götürülüb.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi “Embraer Legacy” təyyarəsi qəzaya uğrayıb. O, Moskva – Sankt-Peterburq reysini həyata keçirib.

Federal Hava Nəqliyyatı Agentliyi bildirib ki, təyyarənin göyərtəsində olan sərnişinlər arasında biznesmen Yevgeni Priqojin də olub. Bütün heyət ölüb.

Həmçinin oxuyun

Şəhid dəfnində gülən iş adamı: “Yüngül həyat tərzi keçirən o qadını tanıyıram”

Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən …