Çərşənbə , Mart 27 2019
Ana səhifə / Aktual / Prezidentlə xanımının sakinlərlə görüşündən – Fotolar

Prezidentlə xanımının sakinlərlə görüşündən – Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı görülən işlərlə tanışlıq məqsədilə Şamaxıda olublar.

“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı ilə xanımı sakinlərlə çay süfrəsi arxasında söhbət edib, onları narahat edən məsələləri dinləyib, müvafiq tapşırıq və tövsiyələrini verib.

Prezident və xanımı yeni inşa edilən evlərdə yaradılan şəraitlə maraqlanıblar.

Dövlət başçısı sakinlərin məktublarını qəbul edib, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılacağını, zərər görmüş bütün evlərin yenidən qurulacağını vurğulayıb.

Prezidentlə xanımının sakinlərlə görüşündən fotoları təqdim edirik:

Həmçinin oxuyun

Sabah hava necə olacaq? – Proqnoz

Azərbaycanda martın 27-ə gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan …