Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Aktual / Prezidentlə xanımı xalq artistləri ilə görüşdü

Prezidentlə xanımı xalq artistləri ilə görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısı görüşdə çıxış edib.

Sonra Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq artisti Arif Babayev, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarova, Uzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycanın və SSRİ-nin Xalq rəssamı Tahir Salahov və başqaları çıxış ediblər.

Sonda Prezident İlham Əliyev qaldırılan vacib məsələlərin həlli ilə bağlı tapşırıqlarını verib.

Həmçinin oxuyun

Mədət Quliyev nazir oldu – Sərəncam

Prezident İlham Əliyev DTX rəisi Mədət Quliyevlə bağlı sərəncam verib. “Qafqazinfo” xəbər verir ki, sərəncama …