Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / Prezidentlə xanımı hansı radionu dinləyirdi?

Prezidentlə xanımı hansı radionu dinləyirdi?

Xəbər verdiyimiz kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilanda çəkdiyi görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Prezident İlham Əliyevin “Ey Vətən” mahnısını dinlədiyi FM tezliyinin (100.5) hansı radioya məxsus olması müzakirə yaradıb.

Məlum olub ki, 100.5 tezliyi Bakıda “Fərqli radio”ya məxsus olsa da, Zəngilanda həmin tezlik “Azərbaycan radiosu”nundur.

Bunu “Qafqazinfo”ya həm “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən, həm də “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən təsdiqləyiblər.

Radioda səslənən “Ey Vətən” mahnısını isə müğənni İlhamə Qasımova ifa edir.


 

Həmçinin oxuyun

Deputat Vüqar İskəndərov Bakı Gənclər Mərkəzində gənclərlə görüşdü- Foto

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 02 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinin deputatı …