Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Prezidentin yerli “padşah”lara son xəbərdarlığı: – “Kimsə bundan ibrət götürməsə…”

Prezidentin yerli “padşah”lara son xəbərdarlığı: – “Kimsə bundan ibrət götürməsə…”

2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra siyasi sistemdə dəyişikliyin ediləcəyi yeni konfiqurasiyanın formalaşdırılacağı barədə mülahizələr irəli sürülürdü. O zaman çoxları bu mülahizələri ciddiyə almır, Azərbaycan hakimiyyətinin mövcud siyasi sistemdən imtina etməyəcəyini düşünürdü.

Çünki yeni konfiqurasiyanın formalaşdırılması üçün ciddi kadr islahatları həyata keçirilməli, xüsusilə, cəmiyyətdə narazılığa səbəb olan iri ranqlı məmurları yerindən tərpədilməli idi. Cəmiyyətdə isə uzun illər vəzifədə kök atmış, oliqarxlaşmış və ölkənin ictimai-siyasi həyatına güclü təsir imkanları olan məmurlara “əlvida” deyiləcəyinə inanmırdı. Çoxları hesab edirdi ki, bu baş verəcəyi təqdirdə hakimiyyətdən mərkəzdənqaçma meylləri güclənə və iqtidarda daxilində böhran yarana bilər. Bu isə ölkə başçısının marağında deyil və yaxud olmamalıdır.

Lakin 2019-cu ilin ilk aylarından gözləntilərin əksi baş verdi. Baş nazir Novruz Məmmədovun istefaya göndərilməsi ilə başlayan kadr dəyişikliklər Prezident Admnistrasiyasını rəhbəri Ramiz Mehdiyev işdən çıxarılması ilə pik nöqtəsinə çatdı. Bununla belə, kadr islahatlarını yeni konfiqurasiyanın formalaşması ilə izah edənlər az idi. Əksəriyyət hesab edirdi ki, baş verənlər sadəcə iqtidardaxili zidiyyətlərin, yaxud hakimiyyətin transformasiyasıdır. Hətta növbədənkənar parlament seçkilərinə zərurət də bu iki ehtimal olunan amillə izah edilirdi.

Lakin siyasi təhlilçilər hesab edir ki, islahatlar kampaniyası məhz siyasi sistemin dəyişilməsilə bağlıdır. Prosesin bir qədər ləng getməsinin isə obyektiv səbəbləri var. Bu bir tərəfdən ölkə daxilində sabitliyin pozulmasına yönəlik cəhdlərin ola biləcəyi ehtimalıdırsa, digər tərəfdən sosil-iqtisadi sahədə köhnə komandanın yaratdığı arzuolunmaz düzəndir. Təsadüfi deyil ki, hakimiyyət kadr islahatlarından əvvəl sosil-iqtisadi reformalara start vermişdi. Gömrük və vergi sistemində əhəmiyyətli dəyişikliklər, icbari tibbi sığortaya keçidin başlanması və s. buna nümunə ola bilər.

Növbədənkənar parlament seçkilərindən sonra müxalifətlə dialoq təşəbbüsü də yeni siyasi sistemin yaranacağı barədə ehtimalları gücləndirib. Güman olunur ki, iqtidar dialoq təşəbbüsünü davam etdirəcək. Mümkündür ki, müxalifət liderləri ilə daha yüksək səviyyədə təmaslara başlanılsın.

Ölkə başçısı İlham Əliyevin dünən keçirdiyi virtual müşavirədə bu iqtiqamətə səsləndiridyi fikirlər də bəzi mətləblərə aydınlıq gətirir. Ölkə başçısı kadr islahatlarından danışarkən deyib: “Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin…

Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq”.

Göründüyü kimi ölkə başçısı kadr islahatlarını idarəetmə mexanizminin dəyişdirilməsi zərurətindən doğduğunu aydın şəkildə bildirir. Həmçinin məlum olur ki, struktur islahatları davam etdiriləcək. İlham Əliyevin icra başçılarının həbsinə işarə edərək neqativ hallara qarşı ciddi mübarizənin davam edəcəyini söyləməsi isə yeni siyasi sistemdə məmur özbaşınalığına, “padşahlığa” yer olmayacağının anonsu kimi dəyərləndirmək olar.

“Yeni Sabah”ın Analatik Qrupu

Həmçinin oxuyun

Paşinyan Azərbaycanla sərhədin demarkasiyasını şərh etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağda münaqişənin kəskinləşməsindən sonra  Ermənistanla Azərbaycanın bərpa olunan sərhədi …