Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı

Prezidentin tənqidindən sonra AZAL-da təmizləmə əməliyyatı başladı

Prezident İlham Əliyevin bir neçə gün əvvəl keçirdiyi müşavirədə bəzi dövlət şirkətlərinin yarıtmaz fəaliyyətini kəskin tənqid etməsindən sonra həmin qurumlarda təmizləmə əməliyyatına start verilib.

” Azinforum.az ” olaylar.az-a istinadən xəbər verir ki, təmizləmə əməliyyatının həyata keçirildiyi qurumlardan biri də AZAL-dır.

Şirkətin Təhlükəsizlik İdarəsinin rəhbər heyəti tamamilə işdən azad edilib. İşdən azad edilən şirkət təmsilçiləri sırasında Baş İdarə rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev də var.

Məlumat üçün qeyd edək ki, Elxan Orucov 2013-cü ildə bu vəzifəyə təyin olunub.

Bundan başqa, şirkətin Təhlükəsizlik İdarəsinin şöbə rəisi Mehman Qədiməliyevin də işdən azad edilməsi ilə bağlı ərizəsi alınıb.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …