Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Aktual / Prezidentin təyin etdiyi yeni sədr kimdir?

Prezidentin təyin etdiyi yeni sədr kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Vüqar Əliheydər oğlu Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri təyin edilib.

“Azinforum.az” Oxu.az-a istinadən Vüqar Əliyevin dosyesini təqdim edir:

Vüqar Əliyev 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dillər Universitetini bitirib.

İkinci ali təhsilini isə Moskva Dövlət Linqvistika Universitetində jurnalistika ixtisası üzrə alıb.

O bu vəzifəyə təyin olunana qədər AZƏRTAC-da bölmə müdiri kimi, daha sonra isə Prezident Administrasiyasında məsul vəzifədə çalışıb.

Vüqar Əliyev ailəlidir, üç övladı var.

Həmçinin oxuyun

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin üzvləri cəzalarını almalıdır – – Sahil Kərimli

Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsinin bütün üzvləri son nəfərinə kimi müəyyən edilməli və xainlər …