Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Aktual / “Prezidentin səfəri Ermənistan XİN-in şərh mövzusu ola bilməz”

“Prezidentin səfəri Ermənistan XİN-in şərh mövzusu ola bilməz”

“Azərbaycan Prezidentinin Azərbaycan ərazilərinə səfərlər etməsi Ermənistan Xarici İşlər Nazirliyinin şərh mövzusu ola bilməz”.

Bu barədə “Qafqazinfo”ya XİN-dən bildirilib. Qeyd edilib ki, Ermənistan XİN mövcud olmayan dağıntılar barədə danışmadan öncə, 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən tarixi, mədəni və dini irsin talan edilməsi və “təmizləmə” siyasəti, o cümlədən yüzlərlə abidələrin yerlə yeksan edilməsi, 63 məscidin tamamilə yer üzündən silinməsini unutmamalıdır.

“Ermənistan tərəfi  hələ də anlamır ki, bu kimi ritorikadan uzaqlaşmaq və imzalanmış  üçtərəfli bəyanatların icrasına köklənmək lazımdır. Revanşist və təhlükəli fikirlərlə öz əhalisini zəhərləmək Ermənistana yaxşı heç nəyi vəd etmir”, – deyə açıqlamada vurğulanıb.

Həmçinin oxuyun

Telman İsmayılova Monteneqroda siyasi sığınacaq verildi

Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunaraq Monteneqroda saxlanılmış Azərbaycan əsilli iş adamı Telman …