Şənbə , Oktyabr 23 2021
Ana səhifə / Aktual / Prezidentin nümayəndəsi: “Şuşada təmir işləri qrafikə uyğun aparılır“

Prezidentin nümayəndəsi: “Şuşada təmir işləri qrafikə uyğun aparılır“

“Şuşada otellərin və qonaqlama yerlərninin inşası, ictimai iaşə və işgüzar tipli yerlərin yaradılması üçün sözsüz ki, həm yerli, həm xarici investorların cəlb olunması təqdirəlayiq bir fakt olacaq, lakin bunlar hamısı Baş Plana uyğun olmalıdır”.

Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

“Baş Planın artıq müfəssəl həlləri həyata keçirilir və yuxarıda sadaladığım sahələrə investorların cəlb olunması mərhələ-mərhələ həyata keçiriləcək”, -deyə o əlavə edib.

Aydın Kərimov bildirib ki, şəhər meriyasının yerləşdiyi binada təmir işləri gedir:

“Hazırda təmir işləri sürətlə gedir, yaxın iki-üç ayda bu işlər bitəcək və bu bina yeni fasad görkəmində və Şuşanın memarlıq üslubuna uyğun olaraq fəaliyyətə başlayacaq. Binanın damı dəyişdirilir, daxildə də bir sıra işlər görüləcək. Burada Şuşa şəhərində Prezidentin Xüsusi Nümayəndəliyi və Şuşa Dövlət Qoruğu İdarəsi yerləşəcək”.

Kərimovun sözlərinə görə, Şuşada Xüsusi Nümayəndəliyin nəzarəti altında aparılan işlər öz qrafikinə uyğun aparılır və bir ay yarım ərzində tamamlanacaq.

Həmçinin oxuyun

Rusiya Telman İsmayılovdan əl çəkmir

Rusiya İstintaq Komitəsinin sədri, ədliyyə generalı Aleksandr Bastrıkin Telman İsmayılovun işi ilə bağlı göstəriş verib.Bastrıkin …