Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Aktual / Prezidentin mükafatlandırdığı 10 gənc kimdir? – Fotolar

Prezidentin mükafatlandırdığı 10 gənc kimdir? – Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, 10 nəfər Prezident mükafatına layiq görülüb.Onlar Abbaszadə Orucəli Saleh oğlu, Abdulova Nərgiz Cövdət qızı, Əhmədov Ramil Bayram oğlu, İsmayıllı İsmayıl Cəfər oğlu, Qarayev Atəş İbrahim oğlu, Qasımov Pərvin Alim oğlu, Qasımzadə Zəhra İsa qızı, Qənbərov Nəcəf Bilal oğlu, Mirzəyeva Səmra Tahir qızı, Pərdəşünas Fərid Bayram oğludur.

Abbaszadə Orucəli, Qasımov Pərvin gənclər siyasəti, gənclərlə iş üzrə fəaliyyətə görə, Pərdəşünas Fəridə innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə əldə edilmiş uğurlara görə, Əhmədov Ramil, Qarayev Atəş və İsmayıllı İsmayıla mədəniyyət, Abdulova Nərgizə, Qənbərov Nəcəfə sosialyönümlü fəaliyyət, Qasımzadə Zəhraya sahibkarlıq sahələrində xüsusi fərqlənməyə görə mükafat verilib.

Qeyd edək ki, gənclər üçün Prezident mükafatı 2013-cü ildə təsis edilib. Məbləği 10 min manat olan mükafat hər il 10 nəfərə təqdim edilir.

Həmçinin oxuyun

Qarabağı bildik, bəs Bakıdakı “mina”lar? – Azərbaycanın içinə atılmış sosial media “bombaları…”

Qarabağa döşənmiş minaların xəritələrini Ermənistandan tələb edirik,  bəs Azərbaycanın içinə döşənmiş – bu dəfə insanın …