Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Aktual / Prezidentin köməkçisi səfirlə çörək kəsdi – Şuşadan maraqlı VİDEO

Prezidentin köməkçisi səfirlə çörək kəsdi – Şuşadan maraqlı VİDEO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə birlikdə Şuşada çörək kəsib.

Şuşaya səfər edən diplomatlar Şuşa çörəyinin əvəzsiz, özünəməxsus dadı olduğunu deyib.

Səfir Cahit Bağçının sözlərinə görə, çörəkdən Qafqaz qoxusu gəlir:

“Qarabağın buğdası, suyu bir başqadır. Şükür ki, Azərbaycan xalqı bu günü gördük. Türklərdə çörək kəsmək ənənəsi var. Bu gün Hikmət Hacıyevlə birlikdə bu ənənəni Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada gerçəkləşdirdik. Şuşa çörəyi varsa, ətə gərək yoxdur”.

Həmçinin oxuyun

“Kadr seçimində peşəkarlıqla yanaşı, sədaqətlilik də olduqca önəmlidir” – RƏY

“Həmişə olduğu kimi, Azərbaycan Ordusunun rəhbərliyində həyata keçirilən kadr dəyişiklikləri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. …