Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Prezidenti aldatmağa çalışan villalı generallar

“Prezidenti aldatmağa çalışan villalı generallar

Dəyəri milyon manatlarla ölçülən bu villaları, malikanələri görən adam Azərbaycan insanı haqqında nə düşünər görəsən?

Savadsız, heç nədən xəbəri olmayan adama da açıq şəkildə məlumdur ki, bunlar HARAM pullarla tikilmiş əmlaklardır. Kim mənə sübut edə bilər ki, bunlar halal məvaciblə, pulla tikilə bilər? Mümkün deyil. Biz əlimizdə silah gedib Qarabağımızda erməni-rus yaramazlarına qarşı torpaqlarımızı müdafiə edəndə, çoxları qaçıb gizlənmişdilər. İndi bizlər yalan olmuşuq. Bir gün də döyüşdə olmayanlar artıq general olublar, sinələrinə baxırsan sanki Vyetnam, Koreya müharibəsindən tutmuş bütün müasir müharibələrədə iştrak etmiş “qəhrəmanlardır”. Orden və medalların sayı- hesabı bilinmir. Qaçıb gizlənənlər saysız hesabsız villa, bahalı-bahalı maşınlar, obyektlər, evlər, mal-mülk sahibi olublar. Biz əsl döyüşdə olan əsgər və zabitlər də kommunal evlərdə qışda soyuqdan, yada isə istidən “lələyön” ağlar günə qalırıq.

Ölkə başçısı da artıq hiss edir ki, məmurlar azğınlaşıblar. Rüşvət və korrupsiya Azərbaycanı içindən dağıdır və belə gedərsə, bizi çox fəlakətlər gözləyir. Söhbət təkcə mülki vəzifədə olan şəxslərdən getmir. Prezidenti, Ali Baş Komandanı aldatmağa çalışanlar arasında təkcə mülki şəxslər deyil, generallar da vardır. Mən hər şeyi açıq yaza bilmirəm. Çünki, bizim yazdıqlarımızı düşmənlərimiz də davamlı şəkildə oxuyurlar. Torpaqları işğal altında olan ölkənin generalları və polkovnikləri öncə Vətənin azadlığı barədə düşünməlidirlər, sonra isə canlarını qoyduqları ölkənin başbilənləri onlara lazım olan şəraiti yaratmalıdırlar. Görünən isə odur ki, günü bu gün də bəzi vicdan hissini itirmiş şəxslər ölkə başçısını aldadır və ona düzgün məlumat çatdırmırlar. Elə yeri gəlib qoy yazım. Bir qrup mafioz və əldən natəmiz insan bu gün Müdafiə Nazirliyində, eləcə də digər güc strukturlarında hələ də “at oynadır”lar. Onlar əməlli başlı çaşıblar. Bu binəvaları yalnız və yalnız pul düçündürür. Onlar özlərinə o qədər arxayınlaşıblar ki, Ali Baş Komandanın nazır və komitə rəhbərlərinə, icra strukturlarının başçılarına xəbərdarlıqlarına belə diqqət yetirmirlər. Utanmaz-utanmaz 26 iyun Silahlı Qüvvələr günün gəlməsini gözləyirlər ki, general rütbəsini alsınlar. Aralarında elələri də var ki, onlar çoxdan azadlıqdan məhrumetmə yerlərində olmalı idilər. Hələlisə, bunlar idarə rəisləri kimi yaramaz-yaramaz işlərlə məşğuldurlar. Kadr təyinatları həyata keçirilər, dost-tanışlarını yüksək vəzifələrə yerləşdirilər…

Mən burdan ölkə başçısına, onun sədaqətli ətrafına səslənərək demək istəyirəm ki, cənab Prezident, Siz bu yaxın ətrafınıza bir qədər sərt üzünüzü göstərin. Mülki həyatda buraxılan səhvlər 15-20 nəfərin həyatının sonu ilə nətəcələnirsə, Silahlı Qüvvələrdə buraxılan kobud və bağışlanılmaz səhvlər bizə minlərlə, bəlkə də ölçüyəgəlməz itkilər hesabına başa gələ bilər. Sabiq müdafiə naziri Səfər Əbiyev dönəmində olmayan bəzi xoşagəlməz hallar bu gün açıq şəkildə ordumuzu didib-parçalayır.

MTN-nin, Hərbi Əks Kəşfiyyat idarəsinin aşkarladığı neqativ hallara, əldən natəmiz şəxslərə bəzən Hərbi Prokurorluq və Hərbi Məhkəmələrimizin vicdan, reallıq hissini itirmiş şəxsləri tamam başqa prizmadan yanaşırlar.

Sadə dillə desəm, milyonları talayan general, polkovnik və digər yetkililər çox asanlıqla canlarını məsuliyyətdən qurtara bilirlər, amma xırda bir nöqsan və çatışmazlıqlara görə “ilişənlərə” isə 6-7, bəzən də daha çox il həbs cəzaları verilir. Şəkildə gördüyümüz bu villardan və malikanələrdən Sizi tam əmin edirəm ki, bəzi “kabinet generallar”ının da varlarıdır. Sual olunur: onlar hansı pulla dəyəri milyon manatlarla ölçülən mülkləri tikdiriblər? Əlbəttə ki, haram və əyri yollarla əldə etdikləri pulların hesabına.

Nə isə. Məndən növbəti dəfə demək və yazmaq qalır. Yəqin ki, müvafiq qurumlar bu ürək ağrıdan həyacan dolu məqamları və sətirləri də nəzərə alacaqlar.

Tanrı Azərbaycanımızı qorusun!!

Nəfsinə sahib ola bilməyən vəzifəli şəxslərdən kimlər varsa, fərq etməz – nazir olsun, general, yaxud admiral olsun, Allahın lənəti qazancları olsun!

Üzeyir Cəfərov,

hərbi jurnalist

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın