Ana səhifə / Aktual / PREZİDENTDƏN YENİ TƏYİNAT- Rövşən Cavadov kimdir?

PREZİDENTDƏN YENİ TƏYİNAT- Rövşən Cavadov kimdir?

Azərbaycan Prezidenti İlham Əliyevin 02 mart 2020-ci il tarixli 1871 nömrəli Sərəncamı ilə Rövşən Nazim oğlu Cavadov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin edilib.

Mia.az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb.

Bildirilib ki, R.Cavadov 2014-cü ildən hazırki tarixədək ARDNF-nin İnvestisiya departamentinin direktoru vəzifəsində çalışıb. Daha öncələr Fondun İnvestisiya departamentində müxtəlif vəzifələrdə, 2009-2014-cü illər ərzində İnvestisiya departamentinin direktorunun müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müavini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, eyni zamanda ABŞ-ın Klark universitetində maliyyə üzrə magistr dərəcəsi alıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …