Ana səhifə / Aktual / Prezidentdən Gəncədə reanimasiyada olan Milli Qəhrəmanın Bakıya köçürülməsi xahiş edildi

Prezidentdən Gəncədə reanimasiyada olan Milli Qəhrəmanın Bakıya köçürülməsi xahiş edildi

Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı Azinforum.az vasitəsilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edib. Onun müraciəti Azərbaycanın müstəqilliyi və tərəqqisi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş Həsənov Məhəmməd Ələsgər oğlu ilə bağlıdır. Qurum sədri bildirir ki, Milli Qəhrəman 9 noyabr tarixində aftomobil qəzasına uğrayaraq Gəncə Beynəlxalq hospitalının reanimasiya şöbəsinə yerləşdirmiş və hazırda vəziyyəti olduqca ağırdır: “Möhtərəm Prezidentdən Milli Qəhrəmanımız Məhəmməd Həsənovu Bakıdakı hospitallardan birinə köçürülərək müalicəsinin nəzarətə götürməsini xahiş edirik”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …