Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Prezidentdən AAAF sakinlərinin şikayətinə operativ reaksiya: Nazirlik şirkətə vaxt qoydu…

Prezidentdən AAAF sakinlərinin şikayətinə operativ reaksiya: Nazirlik şirkətə vaxt qoydu…


Moderator.az xəbər verir ki, AAAF MMC (AAAF Park Yaşayış Kompleksi) – nin qeyri-peşəkar kadr qruplaşmasından və AAAF MMC-nin rəhbərliyinin yarıtmaz fəaliyyətindən dolayı sakinlər dəfələrlə problemləri rəhbərliklə müzakirə edib həll etməyə çalışsalar da AAAF rəhbərliyi verdiyi sözlərə əməl etmədikləri üçün sakinlər təngə gələrək, çıxış yolunu Prezident İlham Əliyevə müraciət etməkdə görüblər. Ölkə başçısına 160 sakinin adından imzalanan məktubda binalarda liftlərin quraşdırılmaması, qazla təmin edilməməsi, yaşayış olan binaların dövlət balansına keçirilməməsi, çıxarışların verilməməsi, elektrik, qaz, su, istilik kimi təməl xidmətlərin kəsintisiz və keyfiyyətli şəkildə yerinə yetirilməməsi, qanunsuz yığımların olması, AAAF Park rəhbərliyinin sakinlərə qarşı qıcıqlandırıcı hərəkətlər etməsi kimi problemlərin uzun illərdir davam etməsi qeyd olunub. Sakinlər Prezidentdən tez bir zamanda problemlərinin həll edilməsi üçün müvafiq qurumlara tapşırıq verməsini və məsələni öz şəxsi nəzarətində saxlamasını xahiş edib. 
Sakinlərin məktubu ünvanına çatıb və ölkə başçısı məsələyə dərhal reaksiya bildirərək İqtisadiyyat nazirliyinə tapşırıq verilib. İqtisadiyyat Nazirliyinin Mənzil Kommunal İdarəsinin əməkdaşlarının  sakinlərlə görüşü keçirilib. İkinci görüşü isə AAAF Park rəhbərliyi və sakinlərlə birlikdə keçirən nazirlik əməkdaşları AAAF Parkda olan problemlərə görə haqlı iradlarını bildirib. Görüşün nəticəsi olaraq, AAAF Park rəhbərliyi sakinlərin etimadını qazanmaq üçün lazimi tədbirləri görəcəklərini, problemləri 2 ay müddətinə (mart ayının sonuna kimi) həll edəcəklərini nazirlik əməkdaşları və sakinlərin qarşısında öhdəlik olaraq götürüb və ən qısa zamanda işlərə başlayacaqlarına söz verdilər. Öz qeydlərini götürən nazirlik əməkdaşları məsələnin ölkə başçısının nəzarətində olduğunu bildiriblər və bu müddət ərzində sakinlərə səbirli olmağı tövsiyyə ediblər  
AAAF Park sakinləri İqtisadiyyat Nazirliyinin əməkdaşlarının sakinlərin pis yaşayış şəraitini və buna səbəb olan problemləri dəqiq və qərəzsiz olaraq Prezidentə məruzə ediləcəyindən, ölkə başçısının yaranmış problemin həlli istiqamətində ən düzgün və ədalətli  qərarı verəcəyindən əmin olduqlarını bildirirlər
Redaksiyadan: Yüzlərlə narazı ailənin probleminə ölkə başçısı səviyyəsində operativ reaksiya bildirilərək məsələnin nəzarətə götürülməsi nikbinlik yaradır və şirkətin nəhayət öhdəliklərinə əməl edəcəyinə ümid artır. Amma məmləkətin yazılmamış qaydaları da mövcud olduğundan və bəzən hətta ən ali dövlət rəhbərliyinin göstərişlərinin qulaqardına vurulduğunun şahidi olduğumuzdan biz də sakinlərin şikayətini ictimailəşdirməklə yanaşı problemin nə zaman həllini tapacağını izləyəcəyik. Öhdəliyə şirkət tərəfindən növbəti dəfə əməl olunmasa bu dəfə biz sakinlər adından Prezaident İlham Əliyevə müraciət edəcəyik. 

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT