Cümə , Oktyabr 18 2019
Ana səhifə / Aktual / Prezidentdən 13 milyonluq sərəncam

Prezidentdən 13 milyonluq sərəncam

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam verib.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, beş min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Quba–Qusar (9 km)–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,4 milyon (on üç milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Həmçinin oxuyun

Xaricdə yaşayan azərbaycanlılara çağırış: Təxribatlara uymayın!

Avropadakı anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı növbəti təxribatçı çağırışı bu qitədə fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə …